26 Oktyabr 2025 - 26
"İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə ağlamaq Allaha xatir, mərifət və agahlıqla olsa, təbii ki, Allaha yaxınlaşmaq üçün gözəl bir vasitədir. Allahın dinini qoruyan insanın Allah yolunda şəhadətinə və bu şəhadət yolunda çəkdiyi ağrı-acılara axan göz yaşları ilahi göz yaşlarıdır və insanı Allaha yaxınlaşdırar. Bu barədə hədislər həddən artıq çoxdur."
Kərbəla şəhidlərinə ilk ağlayan elə İmam Hüseyn(ə) karvanının sağ qalan üzvləri – İmam Səccad (ə) və Xanım Zeynəb (s.ə) başda olmaqla, digər Kərbəla əsirləri və eyni zamanda şahidləri olublar. Tarixə görə, Kərbəla hadisəsindən bir neçə il keçməsinə baxmayaraq İmam Səccad(ə) bu müsibətə görə ağlayardı.
Bəzi din alimləri, ilahi şəxslər İmam Hüseyn(ə) əzadarlığında ağladıqları zaman göz yaşlarını sildikləri cib dəsmalını xüsusi olaraq saxlamışlar və öləndə onunla birgə qəbrə qoyulmasını vəsiyyət ediblər. Yəni, bu qədər İmam Hüseyn(ə) yolunda axan göz yaşlarına önəm veriblər: "İslam dinində Allaha xatir, İmam Hüseynə(ə) ağlamağın, insanın Yaradan qarşısında günahlarını yadına salıb qəlbən kövrəlməsi və göz yaşı axıtması tövsiyyə olunub. İmam Hüseynə(ə) matəm tutanları, göz yaşı axıdanları qınayanlar məlum olur ki, dindən xəbərsiz olduqları kimi, dünyadan da xəbərsizdirlər. Mən, ümumiyyətlə, dini ritualların fiziki təsdiqini və ya səbəbini axtarmağın tərəfdarı deyiləm. İlahi hökmlərə sorğu-sualsız əməl etmək lazımdır.
Nə qədər ki, dünyada zülm və haqsızlıq var, Kərbəla hadisəsi də diri qalacaq ki, zülmə və haqsızlığa etiraz edənlərə yol göstərsin."
Namiq Babaxanov
SalamNews
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto