21 Noyabr 2024 - 21
Heydəri-Kərrarın müzəffər oğlu,
Zəhra həsrətiylə ürəyin dolu.
Adınla başlanır şəhadət yolu,
Haqqın bayraqdarı sənsən, ya Hüseyn.
Uca qeyrətinə qurban, ya Hüseyn!
Daim səni anıb yaşlar tökərəm,
Bağrımın başını qəmlə sökərəm.
Boyunu oxşayıb Rəsuli-Əkrəm,
İmamət eşqinlə sirsən, ya Hüseyn.
Ulu hikmətinə əhsən, ya Hüseyn!
Zəhra anamızın qönçə gülüsən,
İmamət bağının incə gülüsən.
Eşqinlə fəth etdin neçə könlü sən,
Milyonlar qəlbində pirsən, ya Hüseyn.
Ulu şöhrətinə əhsən, ya Hüseyn!
Aygün Hüseyn
Kerbela.info