21 Noyabr 2024 - 21
Düşəndə şahi-din yerə, o dəmdə göylər ağladı,
Cahan gəlib təzəlzülə, təmami yerlər ağladı.
Qara yel əsdi ol zaman, cəhanə düşdü əl-fəğan,
Təğəyyür eylədi zaman, Nəcəfdə Heydər ağladı.
Tökərdi zəmzəm, əşgi-ğəm, qəra geyindi Kə’bə həm,
Dağıldı hill ilə Hərəm, Minavü-Məhşər ağladı.
Batıbdı yasə masǝva, düşəndə şahi-Neynəva,
Qiyamət oldu guiya, o halə kafər ağladı.
Çü, çəkdi Şimri xəncərin, şəhid edə o şahi-din,
İmami çün, görüb ğəmin, əlində xəncər ağladı.
Fələk görüb o sərvəri, yer üzrə tökdü əxtəri,
Qaraldı şəmsi-əzhəri, yəqin, fələklər ağladı.
Düşən zaman o şəhsəvar, düşəydi aləmə şərar,
Yanaydı dəhri hər nə var, o dəm ki, xahər ağladı.
Nəvayə gəldi bülbülü, şükufə olmadı gülü,
Boyandı qanə sünbülü, Əliyyi-Əsğər ağladı.
Baharı oldu çün, xəzan, quru yer üstə verdi can,
Tapılmayıb ona yanan, vəli şəcərlər ağladı.
Küsufə düşdü afitab, edib zəmanə inqilab,
Bu zülmidən olub kəbab, məhari-xavər ağladı.
Olanda, Miri, növhəgər, yanar cəmiy’i-xüşkü-tər,
Yer üzrə qanlı yaş tökər, ki çərxi-əxzər ağladı.
Mir İbrahim Ağamirzadə
Kerbela.info