03 Dekabr 2024 - 3
İmam Hüseynin (ə) Kərbəlasına ateist, deist də kədərlənməlidir, bu o şəxslərin dini inancından asılı deyil. Kədərlənməsə qəbahət olar. Çünki, vicdan daşıyan hər bir şəxs üçün cinayət cinayətdir. İstər o adamların nəzərincə iki əmioğlu savaşsın, ya da iki xalaoğlu savaşsın. Bu məsələnin insani tərəfidir. Qaldı ki, məsələnin dini tərəfinə burda itaət önəmlidir. Eynilə İmam Həsən ağa müaviyə ilə sülh bağlayanda Qeys ibn Səd baxdı İmam Hüseynin üzünə ki, görsün reaksiyası nədir? Hansı ki, müaviyə fasiqlik, hiyləgərlik və təhlükə baxımından daha pis idi. İmam Hüseyn ağa, İmam Həsən ağa barədə, "O, mənim imamımdır" dedi, yəni Ona itaət mənə vacibdir. Buna görə də İmam Hüseyn (ə) Müaviyə zamanında sülhə razı oldu. Yəni istər sülh, istər müharibə şəraitində mən itaət edirəm öz imamıma. Deməli dindar üçün önəmli olan itaətdir, vəssəlam.
Samir Əzizov
Kerbela.info