20 May 2024 - 20

20 May 2024 - 20

Venesuelalı diplomatın İmam Hüseyn barədə dedikləri...
13.01.2021


Mən əvvəllər milyonlarla insanın iştirak etdiyi Ərbəin yürüşü görmüşdüm və bu barədə məlumatım var idi. Bu dəfə özüm şəxsən bu yürüşdə iştirak etmək qərarına gəldim. Çox xoşbəxtəm.

Jurnalistin, "İmam Hüseyni (ə) tanıyırsınızmı?" - sualına venesuelalı diplomat belə cavab verib: "Mən bu səfərimdə İmam Hüseyn (ə) barədə məlumatlar toplayıram. Yol boyu ətrafdakı insanlarla həmsöhbət oluram. Onlar mənə çox maraqlı məlumatlar verirlər. Hamısı İmam Hüseyn haqqında deyirlər ki, o, zülmə boyun əyməyib, zalım hakimiyyətə qarşı mübarizə aparıb. Bu mənim xalqım üçün çox böyük mesajdır. Çünki hazırda ölkəmiz Amerikanın ağır sanksiyaları və təzyiqləri ilə üz-üzədir.

Selka Agudlo - Venesuela xarici işlər nazirliyinin ümumi əlaqələr üzrə baş direktoru. (2017 Ərbəin)

Kerbela.info