20 May 2024 - 20

20 May 2024 - 20

Kərbəla idrak və qurtuluş məktəbidi
18.01.2021

Kərbəla idrak və qurtuluş məktəbidi. Torpağın adı Kərbəla, igidin adı isə İmam Hüseyndi. 72 mizraq yarası almış şəhid Hüseyn (ə). Həbibullahın-həzrət Muhəmmədin (s) "oğlum" dediyi zat, gül ətirli mücahid. Bəli, sözə söz qarışır, kədərə kədər, qəm qəmlə savaşır Kərbəla deyəndə. Ərzdən Ərşə titrəyir qəlblər Kərbəla deyəndə. Can evindən vurulan Ümmət, axı həzrət Muhəmməd (s) həmişə "Ümmət, ümmət" deyərdi. Ancaq çöldə şəhid bədənlər talan edilir. Sədəfdəki inci kimi parlayan şəhid ruhları önündə rəzalət yaşanır. Hesab gününə qədər davam edəcək rəzalət... Rəbbimiz intiqam alanların ən adilidir...

Ağa Hacıbəyli

Kerbela.info