08 Dekabr 2025 - 8
"Biz qərbdə İmam Hüseyn fədakarlığı kimi bir fədakarlığa malik deyilik. Bu məsələ ki, o, fəda olmuşdur, biz xristianlar tərəfindən dərk edilə bilən bir məsələdir. Ancaq burada peyğəmbərin (s) yaxınlarından söhbət gedir. Onun ardıcıllarını öldürürlər. Bu nəinki zehinlərə, hətta hislərə də təsir edir.
Biz insanalara deməliyik ki, məsələ, rəqəm hesab və kitab məsələsi deyildir. O hər şeyini əldən vermişdir. Ancaq qələbə qazanmışdır. O, İmam Hüseyndir (ə)! Belə fikirləşirəm ki, bu gün ardınca getməli olduğumuz məsələ – İmam Hüseyni (ə) daha yaxından tanımaqdır. Bunu üçün təkcə Aşura və tarixi tanımalı deyil, həm də bilməliyik ki, fədakarlıq sözün əsl mənasında tərbiyə məsələlərində daha çox olmalıdır. Bu o şeydir ki, bu gün əldən vermişik. İmam Hüseyn (ə) kamil şəkildə fədakarlıq etmişdir. Bu insanlığın sifətlərindən biridir. Bu, özünü Allah yolunda fəda etməkdir. Əgər İmam Hüseyn (ə) bu işi görməsəydi, İslam bu yerə çatmazdı".
Pyer Durtgi - Fransız filosofu
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto