03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Aşura hərəkatının banisi İmam Həsən və İmam Hüseyndir...
02.02.2021

...Aşura hərəkatının əsas banisi İmam Həsən (ə) olmuş, İmam Hüseyn (ə) isə onu sona çatdırmışdır.

İmam Həsənin (ə) qiyamının həqiqəti, öz səbr və hikməti sayəsində aşkar etməyə bağlı idi. İmam Hüseynin (ə) parlaq qələbəsinin səbəbi də, məhz həqiqətin bu cür aşkara çıxması idi. Elə bil ki, İmam Həsənlə (ə) İmam Hüseyn (ə) (İslamın ziddinə olan Əməvi hökumətinin əsl mahiyyətini aşkar etmək və camaatı qəflət yuxusundan oyatmaq üçün) müttəfiq olaraq bir proqram əsasında hərəkət etmiş və hər biri bir rolda çıxış etmişlər. Təkcə fərq budur ki, İmam Həsən (ə) öz rolunu hikmətli səbr əsasında, İmam Hüseyn (ə) isə mərdcəsinə qiyam etmək əsasında ifa etmişdir. Beləliklə də, bir məqsədə çatmaq üçün mükəmməl bir taktika yaranmışdır.

Sabat və Kərbəla hadisəsindən sonra camaat oyanıb hadisələr və vəziyyətin gedişi haqqında və Bəni-Üməyyə hakimiyyətinin əsl mahiyyəti barədə fikirləşməyə başladı.

Ayətullah Şərəfuddin Amili

Kerbela.info