21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) canını verməklə İslamı canlandırdı
08.02.2021

Həzrət İmam Hüseyn (ə) peyğəmbər ailəsinin üzvü olmaqla İslamı xilas etməyə çalışdı, yezidi xəlifə kimi qəbul etmədi. Ona qarşı vuruşmağı üstün tutdu. Kərbəlada unudulmaz bir müharibə etdi. İslamı canlandırmaq üçün ən yaxın və əzizinin canını qurban verdi. Onun şəhid olması İslam tarixinin ən faciəli hadisəsidir. Əsrlər keçsə də, müsəlman ümməti hadisənin kədərini hələ də hiss edir. Həzrət İmam Hüseyinin (ə) şəhadəti böyük bir ibrət dərsi verir. Döyüşdə yezid və ordusu qalib gəlsə də həzrət İmam Hüseyn (ə) canını verməklə İslamı canlandırdı. Onun qətiyyəti və İslama sədaqəti Qiyamətə qədər bütün müsəlman ümməti üçün bir nur olaraq qalacaqdır. Həzrət İmam Hüseynin (ə) fədakarlığından ibrət götürməliyik. İslam sistemi üçün mübarizə aparmaq bizim borcumuzdur. İnancımızı təmin etməliyik. Allah və müqəddəs Peyğəmbər (s) üçün hər şeyi qurban verməyə hazır olmalıyıq!

Liaqat Baloch