21 Noyabr 2024 - 21
İlahi varlıq, ləyaqət və əqidə mücəssəməsi İmam Hüseyn (ə) elə şəxsiyyətlərdəndir ki, biz zaman məsafəsilə ondan uzaqlaşdıqca, sanki ona daha çox qovuşur, o uca həzrətə bir az da yaxınlaşırıq. Vaxt, zaman uzaqlığı onun böyüklüyünü, möhtəşəmliyini daha da artırır. Bəlkə bu müasir narahat dünyamızın sınaq qarşısında çabalarından yana narahatlıqlardan qaynaqlanır? Bəlkə Hüseyn (ə) mərdliyinə, əqidəsinə, qeyrətinə, Hüseyn (ə) fədakarlığına zaman bu gün daha çox ehtiyac duyur? Bəlkə elə buna görə də ona doğru atılan addımlar günü-gündən çoxalır, dərgaha uzanan əllərin sayı-hesabı itir, axıdılan göz yaşları sel-suya çevrilir?.. Bəli, Hüseyn (ə) bu gün daha çox canlı və diridir. Yəqin ki, lazım olduğuna görə. Unutmayaq ki, Hüseyn (ə) həmişə lazımdır. Hüseynlik əxlaqı və mənəviyyatına bəşəriyyət əbədi bir təşnədir. Odur ki, unudulan da deyil. İllər boyu saleh əməlləriylə qəlblərdə yaşayan haqq, iman, insanlıq, müqəddəslik məktəbi qoy unudulmasın! Unudulmasın! Unudulmasın! Unudulmasın!
Loğman Rəşidzadə
Kerbela.info