21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseynə (ə) əzadarlıq etmək dünyada səadət, axirətdə isə şəfaətə səbəb olar...
23.02.2021

Kiçik yaşlarımdan bəri İmam Hüseynin (ə) əzadarlığında iştirak edib göz yaşı tökməyim mənim dini təhsil almağıma, əhli-beytin(ə) gizlin qalan haqqını araşdırıb təhlil-tədqiq edərək əsər yazmağıma, Allah dinində hidayət olmağıma səbəb olmuşdur. Hüseynə (ə) əzadarlıq etmək dünyada səadət, axirətdə isə şəfaətə səbəb olar. İmam Hüseyn(ə) məktəbinin nümayəndələri heç bir zaman zülmü, ədalətsizliyi qəbul eləməzlər. Onlar daim insanları haqq-ədalətə, sülhə, qardaşlığa, bərabərlik və hürriyyətə, yaxşı əməllərə sövq edərək pisliklərdən çəkindirməyə çalışırlar. Çünki, onların rəhbəri İmam Hüseynin(ə) başına gələn Kərbəla hadisəsi dünyaya məhz bunları öyrədir. İmam Hüseynin(ə) yolu azadlıq sevənlərin çırağıdır. Bu məşəli əlində tutmayanlar zülmət dünyasında köləliyə qərq olacaq və dünyanın qaranlığında yollarını azacaqlar. Allahın salamı və rəhməti olsun Hüseynə(ə) və onun yolunu gedənlərə!

Habil İskəndərli

Kerbela.info