21 Noyabr 2024 - 21
Axund Molla Əli Məsumi Həmədani buyurur: “O zaman ki, öz ayağınla günah etmisən, məscidə və İmam Hüseyn (ə) məclislərinə getməklə günahlarını aradan qaldır. Əgər gözünlə günah etmisənsə, Quran oxumaq və İlahi qorxu və Əhli-Beyt (ə) müsibətinə ağlamaqla günahını aradan qaldır. Əgər qulağınla günah etmisənsə, Əmirəl-möminin (ə) fəzilətlərini eşitməklə onu aradan qaldır”.
Bu böyük arifin buyurduğu kimi, əgər insan günahlarından pak olmaq istəyirsə, ən asan yolu budur ki, Əhli-Beyt (ə) məclislərində iştirak etsin. Bu məclislərin bərəkəti sayəsində günahlardan pak olar və Məsumlara (ə) yaxınlaşar.
Hüccətil-İslam Rza Dəhqani Nijad Əhli-Beyt (ə) əzadarlığının faydaları barəsində buyurur: “İmam Hüseyn (ə) üçün ağlamaq və əzadarlıq saxlamaq 6 təsirə malikdir. Onlar bunlardır:
1. Günahların bağışlanması.
2. Çoxlu savab.
3. Gözəl aqibət.
4. Aşuradan əxlaqi ibrət dərsi almaq.
5. İslamın qalıcı olması.
6. Duanın yerinə yetməsi.
Hədislərimizə əsasən, hər kim İmam Hüseyn (ə) məclisinə daxil olar və əzadarlıq edər – onun günahları bağışlanar. İmam Hüseyn (ə) ilə əməli rabitə yaratmaq tövbənin bir növü hesab olunur. Qurani-Kərim də buyurur ki, günahın nə qədər böyük olursa-olsun, tövbə vasitəsilə bağışlanar.
Ona görə də hər kim İmam Hüseynin (ə) və digər İmamların (ə) məzlumiyyətinə göz yaşı tökərsə, günahlarının bağışlanmasına səbəb olar”. (Həvzəh)
/Deyerler.org/Kerbela.info/