23 Noyabr 2024 - 23
Biz özümüzü İslam dininin bir qolu hesab edirik. İslam və müsəlmanları sevirik. Biz də təkAllahlıyıq. "Quruqrant sahib" bizim dini qaynağımız və müqəddəs kitabımızdır. Bu kitabda yazılıb ki, Allah-Təala ilk dəfə nuru yaradıb. Bu isə İslam əqidəsinə çox oxşayır. Biz Əhli-Beyti, İmam Əli (ə) və İmam Hüseyni (ə) çox sevirik. Aşura və Tasua günləri əzadarlıq edirik. Bizim idman zallarında həmişə İmam Əlinin (ə) adı şücaət simvolu kimi dillərdədir və onun adının zikri pəhləvanlarımıza güc verir. Çoxlarımız İmam Rzanın (ə) ziyarətinə gəlirik, nəzir paylayırıq, hacət istəyirik və problemlərimizin həlli üçün onu vasitə qərar veririk. Hətta onu tanımadan yuxuda görənlərimiz və sonra ziyarətinə gələnlərimiz də olub. Anamın atası yük maşını sürücüsü olub. Məşhəd səfərində İmam Rzanın (ə) aşiqlərindən birinə çevirilib və onun vasitəsi ilə bizim ailəmiz İmam Rzanın (ə) aşiqləri sırasına qatılıb. Anam deyir ki, atası həmişə Məşhədə gedəndə qoyun alıb ətini ehsan edərdi. Mən özüm də İmam Rzadan (ə) çoxlu kəramətlər görmüşəm. Bir dəfə mənim ticarət məsələsində problem yarandı, şəriklərim pulumu vermək istəmədilər. Mən bu barədə İmam Rzaya (ə) şikayət etdim. Pulumu "yeyən" şəriklər hamısı müflis oldular. Pəncab əyalətinin Pətyalə regionunda Samana deyilən rayonda bir ziyarətgah var. Bu ziyarətgahda İmam Rzanın (ə) övladlarından biri dəfn edilib. Ziyarətgah "Məşhəd Əli" adı ilə məşhurdur. Biz və müsəlmanlar həmişə oranı ziyarət edirik. Bu ziyarətgahın qorunması və təmizliyi işlərinə "sikh"lər baxırlar.
Bütün bu müştərək dəyərləri nəzərə alaraq deyirəm ki, Əhli-Beyti (ə), xüsusi ilə də İmam Rzanı (ə) sikhlərə və hindulara tanıtdırmaq vacibdir. Bu məsələ üzərində çox çalışmalıyıq. Əhli-Beyti (ə) insanlara tanıtdırmaq insanlığa xidmətdir.
Parvinder Singh Chandok - Hindistan taciri, İran və Hindistan ticarət əlaqələri idarəsinin rəis müavini və Sikh dininin ardıcılı.
Kerbela.info