21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Uşaqlığımda Hüseynin hekayətini dinləyəndə...
09.03.2021

Tarixdə Əli ilə Zəhra övladının rəhbərliyi ilə Hicazdan İraqa yolllanan, canını fəda etməklə haqqı həyata qaytarmaq istəyən karvandan başqa sərnişini olmağı arzu etdiyim heç bir karvan olmadı. Uşaqlığımda Hüseynin hekayətini dinləyəndə onun yalqız, qərib, qılıncına söykənmiş, yardım diləyən vaxtından başqa heç vaxt ürəyim ox və nizə atmaq istəmədi. Kişilərlə qərarlar arasında qarşılıqlı münasibət var. Kişilər qərar çıxarar və qərarlar kişi çıxarar. Necə qərar çıxardığını mənə de, kim olduğunu sənə deyim. Surətinin cizgilərini çəkən və kimliyini aşkara çıxaran odur. Kişilər içində mövqeyini müəyyən edir və zaman boyu sıranı bəlli edir. Kişilər qərar verərkən iki qola ayrılır. Biri qərar çıxarır və digəri ona təslim olur. Ən ali qərar fədakarlıqdır. Çünki, güc onda təzahür edir, zahiri acizliyə bənzər olsa da...

Edmond Rizq - Livan mütəfəkkiri, jurnalist, politoloq.

Kerbela.info