21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Nimeye-Şəban ümid günüdür
30.03.2021

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

“Nimeye-Şəban” gələcəyə ümidin simvoludur; yəni bizim müxtəlif şeylərə bəslədiyimiz ümidlər gerçəkləşə və ya gerçəkləşməyə bilər. Amma yer üzünün sonda Allah-Taalanın göndərdiyi mütləq rəhbər – həzrət Sahibəzzamanın (Allah onun zühurunu tezləşdirsin, ruhlarımız ona fəda olsun!) vasitəsilə islah olunacağına olan ümid isə heç bir şübhə yeri qalmayan, gerçəkləşəcəyi danılmaz olan bir ümiddir:

السَّلامُ عَلَيْكَ يَا وَعْدَ اللَّهِ الَّذِي ضَمِنَهُ

(“Salam olsun sənə, ey Allahın öz vədi ilə zəmanət altına aldığı şəxs!” – “Ali-Yasin” ziyarətindən fraqment.)

Gerçəkləşəcəyinə Allah-Taalanın zəmanət verdiyi bir vəddir.

Bu, heç bir vəchlə pozulmayacaq, möhkəm və toxunulmaz olan bir ilahi vəddir. Bunu təkcə biz – şiələr demirik, təkcə biz müsəlmanlar da demirik, yer üzündəki bütün dinlər elə bir günün gəlişinin intizarındadır. Bizim işimizin üstünlüyü ondadır ki, biz kimi gözlədiyimizi bilirik, varlığını hiss edirik, hazırda bizimlə bərabər olduğunu qəbul edirik, onunla söhbət edirik, ona müraciət edirik, ondan istəyirik, o da bizə cavab verir; fərq bundadır. Başqaları – şiə olmayan müsəlmanlar, qeyri-müsəlmanlar naməlum, qeyri-müəyyən bir şeyə etiqad bəsləyirlər. Biz şiələr isə yox; nə istədiyimiz, kimə üz tutub kiminlə söhbət etdiyimiz məlumdur. “Nimeye-Şəban” ümid günüdür.

Mənim əzizlərim, əziz gənclər, əziz zəhmətkeşlər! Ümidin qədrini bilin, onu qəlbinizdə qoruyub saxlayın; bu gün böyük dövlətlərin ağalığı altında olan dünyanın zülmətlərə bürünmüş, qaranlıq, korlanmış simasının bir gün dəyişəcəyinə olan bu ümidi itirməməyə çalışın. Bilin və əmin olun ki, bu vəziyyət dəyişəcək; əmin olun ki, bu gün dünyada müşahidə etdiyiniz bu zülmlər, əzab-əziyyətlər, bu hegemonluq, bu iftiralar, bu xəbisliklər, rəzilliklər – bütün bunlar, heç şübhəsiz, bir gün dəyişəcək. Bu ümid bizdə var. Biz, inşallah, o günün irəli düşməsi, yaxınlaşması üçün kömək etməli, dualar edib bunu Allahdan istəməli və özümüz də əlimizdən gəldiyi qədər çalışmalıyıq.
/Maide.az/Kerbela.info/