21 Noyabr 2024 - 21
Əgər Fədəkiyyə xütbəsi və Həzrət Zəhra (s.ə) olmasaydı, bu gün İslamdan xəbər olmazdı. Həqiqətdə bu gün Əhli-Beyt (ə) məktəbinin əzəməti, məhz həzrət Zəhranın (s.ə) səylərinə görə olmuşdur.
Həzrət Zəhra (s.ə) şəhadətindən öncə axırıncı gecədə İmam Əliyə (ə) həyatının üç mövzusunu deyir ki, əgər ailədə hər kim bu üç mövzuya riayət edərsə, boşanmadan əsər olmaz. Ailədə bir çox xoşagəlməz hallar meydana gəlməz.
Həzrət Zəhra (s.ə) həyat yoldaşına buyurur: “Ya Əli! Mən həyatımda sənə xəyanət etməmişəm. Sənə yalan deməmişəm. Həmişə səninlə birlikdə olmuşam və sözünə müxalif olmamışam”.
Xanım Zəhra (s.ə) bu buyuruşu ilə üç əsas mövzuya işarə edir ki, bunlar – əmanət, sədaqət, itaətdir.
Əgər bu gün cavanların həyatında bu üç mehvərə riayət olunarsa, heç bir ailə dağılmaz. (Hədənə)
/Deyerler.org/Kerbela.info/