03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Mübarək Ramazan ayı 14 məsumun həyatında
14.04.2021

Həzrət İmam Səccad (ə) haqqında belə nəql olunur ki, o, bu ayda büsbütün dua, iba­dət, istiğfar və təkbirə qərq olurdu.

2.Müstəhəb namazlar

Müstəhəb və nafilə namazların qılınması əzə­mətli imamlarımız (ə) üçün adi və gündəlik bir iş olduğuna baxmayaraq, Ramazan ayında iki­qat əhəmiyyət kəsb edirdi. Belə ki, mübarək Ra­mazan ayında, eləcə də Qədr gecələrində on­­lar xüsusi namazlar qılırdılar.

3.Quran tilavəti

Məsum imamlar (ə) mübarək Ramazan ayın­da Quran tilavətinə xüsusi diqətlə ya­naş­mışlar. Həzrət İmam Səccad (ə) barə­sində belə nəql olunmuşdur ki, o, mübarək ay­da Qurani-Kə­ri­mi qırx dəfə oxuyub başa çat­dırarmış.

4.Dua və ibadət

Məsum imamlardan(ə) mübarək Ramazan ayı ilə bağlı xüsusi dualar gəlib çatmışdır ki, on­­la­rın yalnız adlarını çəkməklə kifayətlənirik:

a) Mübarək ayda Ayı görən zaman oxunan dua;
b) Mübarək Ramazan ayı daxil olduğu za­man Peyğəmbərin(s) oxuduğu dua;
c) Peyğəmbərin(s) birinci gecə etdiyi dua;
ç) Əbu Həmzə Səmalinin hər gecə etdiyi dua;

d) Səhər duası;
e) “Səhifeye-Səccadiyyə”nin birinci duası;
ə) İftar duası;

f) İmam Səccadın(ə) 19 və 21-ci gecələrdə et­diyi dualar;
g) Məhəmməd Peyğəmbərin(s), İmam Ba­qirin(ə), İmam Sadiqin(ə) və İmam Kazımın(ə) mübarək Ramazan ayında etdiyi dualar;
ğ) Məhəmməd Peyğəmbərin(s) və İmam Səc­cadın(ə) 27-ci gecə etdiyi dualar;

h) Məhəmməd Peyğəmbərin(s) hər ayın so­nun­cu gecəsində etdiyi dua;
x) Mübarək Ramazan ayı ilə vidalaşma dua­sı;
5.Qədr gecələrində əhya saxlamaq

Məsumlar(ə) Qədr gecələri oyaq qalar­dılar. Nəinki təkcə özləri yatmaz, həm də ailə üzv­lərini və övladlarını da bu gecə əhya sax­la­yıb ibadət etməyə təşviq edərdilər. Belə rəva­yət olunur ki, İslam Peyğəmbəri(s) ayın 23-cü ge­cə­sində ailə üzvləri içərisində yatmış olan­ları yuxudan oyadar, bunun üçün üzlərinə su da ­çiləyərdi.

Həzrət Fatimeyi-Zəhra(ə) da həmin gecə öv­lad­larından heç birini yuxuya getməyə qoy­maz­dı. Gündüzdən az yemək, bir qədər isti­rahət etməklə onları gecəyə hazırlayar və buyu­rardı ki, bu gecənin xeyrindən məhrum olan şəxs, həqiqətən, məhrumdur.

İftarın ədəb qaydaları
İmam Sadiq (ə) buyurur ki, Məhəmməd pey­ğəmbər(s) iftar vaxtı bu duanı oxuyardı: “Alla­hım, Sənin üçün oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar etdik, odur ki, onu bizdən qəbul et”. Peyğəmbər(s) imkan daxilində hal­va, xurma kimi şirin şeylərlə, bunlar olma­dıqda isə ilıq su ilə iftar edərdi.

7.Səhər və iftar vaxtlarında “Qədr” surəsi oxumaq

8.İftar vermək

İmam Sadiqdən(ə) belə rəvayət olunur: Həzrət İmam Səccad(ə) oruc tutduğu zaman gös­təriş verər­di ki, bir qoyun kəsilsin, əti doğ­ranıb qazana tökülsün. Həzrət(ə) qürub vaxtı ye­mək bişən qazanlara yaxınlaşıb ağzı oruc hal­da xörəyi qox­layar və buyurardı: “Kasaları gə­tirin, bu kasaya filankəs üçün, o birisinə isə fi­lan­kəs üçün yemək çəkin!”. Beləcə bozbaşın hamı­sını kasalara doldu­rurar, xörək qurta­randan sonra isə özü xurma və çörəklə iftar edər­di”.

9.Yoxsullara yardım etmək

İbn Abbas deyir: “Ramazan ayı girəndə hər han­sı bir xahişlə Peyğəmbərə (s) üz tutan in­san­ların istəyi yerinə yetirilirdi”.

Həzrət İmam Səccad (ə) haqqında isə belə nəql olunur ki, o, Ramazan ayının hər günü sə­də­qə paylayardı.

10.Qüsl

Məhəmməd peyğəmbər (s) mübarək Rama­zan ayının sonuncu ongünlüyündə hər gecə qüsl edər­di.

Ramazan ayı ilə vidalaşma
Cabir ibn Abdullah Ənsari belə nəql edir ki, Ramazan ayının cümə günündə Məhəmməd pey­ğəmbərin(s) yanına getdim. Onun gözü mə­nə sataşanda buyurdu: “Ey Cabir, bu cümə Ra­mazan ayının sonudur, odur ki, onunla vidalaş və de:

اللهم لا تجعله آخرالعهد من صيامنا اياه، فان جعلته فاجعلني مرحوما، و لا تجعلني محروما

– Allahım, bu Ramazanı bizim üçün axırıncı oruc­luq ayı etmə. Əgər buna qərar vermisənsə, bi­zə rəhm et və bizi Öz mərhəmətindən məhrum etmə – Bunu deyən hər kəs iki yaxşı­lıqdan birinə nail olacaqdır: ya Allah ona ömür nəsib edəcək və o, gələn ilin Ramazan ayını qar­şı­layacaq, ya da Allah-Təalanın mərhəmət və bağışlamasına layiq görüləcək.

Fitr bayramı gecəsi əhya saxlamaq

Məsumlar (ə) o gecəni əhya saxlayaraq sə­hə­rə qədər ibadət edərdilər. İmam Səccad (ə) Fitr bayramı gecəsi səhərədək məsciddə namaz qı­­lar­dı.