21 Noyabr 2024 - 21
Kərbəla anlatdı daglanmış ürəyi ilə… Hüseyni anlatdi Kərbəla, Əli Əkbəri, Qasimi, Abbası anlatdı.
“Məndə igidlik yatar” dedi.
Kərbəla igidliyi anlatdı…
Günəş utanaraq qurutdu Hüseynin dodaqlarını; Fərat ağladı və axdı… Qum istidi, yalın ayaqları yandırdı… Fəratdan yüksəldi göyə, göy üzü yandı, nur yagdı damla-damla…
Sonra, hüznü anlatdı Kərbəla…
Bütün dillər susdu o an! Bir səs yayıldı Kərbəla səmasına:
“Heyhat minnəz-zillə!”
Kim Allahım, kim bu danişan?
Danişan o – Cənnət cavanlarının rəhbəri… O, şəriki-Quran.
“Doğrayın məni qılınclar, qanım eşdin pinarı!…” Hüseyndən (ə) əllər utandı, paslandı düşmən qılıncı…
Kərbəla qiyamı anlatdı…
Bir kölgə Hüseynin yanında… Necə də dalıb getmiş Hüseynin gözlərinə…
Çünki cənnət Hüseyndir onun üçün, cənnət Hüseynin gözlərində…
Bədəni haram bildi onsuz yaşamağı…
Ali məktəbində oxudu Hüseynə aşiq olamağı… Və Fatimə (s.ə) taxdı ona vəfanın tacını…
Aşura günü iki kəsik qoluyla vəfanın dastanını yazdı…
Və Kərbəla vəfanı anlatdı…
Ürəyi ilə bir ata, qurban verdi daha altıaylıq körpəsini Rəbbinə! Göyə yüksələn bir ovuc qan, şahid oldu indi zülmün təpəsinə…
Qan axdıqca axdı, murdar oldu zalım, qan axdıqca düşmən alçaldı… Bir ağrı yandırdı Rübabın ürəyini, bir ağrı oldu Əli Əsğərin şəhadəti…
Əli Əsğər dil oldu Kərbəlaya…
Kərbəla o gün zülmü anlatdı əsirlərə…
Və bir qadın Kərbəla səhnəsində… Bu, nə yanan qapının acısısdır ürəyində, nə də bağlanan qollarının dağıdır sinəsində… Bir başqa sızı, bir başqa hüzn var gözlərində… Ucu-bucağı yox bu çölün… Heç yerdən səs gəlmədi Zeynəbin səsinə… Yalnız acı bir hıçqırıq yanında ağlayan Rüqəyyənin dodaqlarından tökülən səs idi. Leylanın, Rübabın, Səccadın acısıydı Zeynəbin gözlərindən oxunan…
Və Bədrin intiqamıydı zalımın qılıncından axan…
Ağladı Zeynəb düşmən güldükcə, nizədə baş gördukcə ağladı; ağladı Səccad ağladıqca… Zəhrası gəldi ağlına… Həsəni, Hüseyni gəldi…
Quyularla dərdləşən Heydəri…
Ağladı Zeynəb, ağladıqca Mustafası…
Kərbəla bütün zamanlarda səbri anlatdı…
İyirmi beş yaşında bir ərən… O, əxlaq timsalı Peyğəmbərin oxşarı… O ki, eşqə-eşq Hüseynin oğlu Əli Əkbər…
Baxanda Hüseyn, onun gözlərində cəddini görürdü, alırdı cənnətin qoxusunu, danışdıqca Əlini görürdü.
Əli Əkbərdi o… Eşq oxunurdu gözlərində… Yerdən göyə qədər, Əli Əkbər eşq meydanını inlətdi…
Və Kərbəla eşqi anlatdı…
Peyğəmbərin (s) Əhli-Beyti (ə) əsir, yaralı…
Üç yaşında bir qızın hıçqırıqları pozur gecənin qaranlığını… “Ata” deyir.
“Gəl, gəl də gör bunları.. Ağabəyimə zəncir vurdular, Zeynəb bibimi döydülər, bizi səndən ayırdılar”.
Bir teşt gəlir bu yaralı qizciğazın önünə… Üstü bezlə örtülü bir teşt… Çəkir bezi körpə… O dəhşətli səhnə… Kəsik bir baş və onu bağrına basan üç yaşlı körpə…
Gecə ağlayır, mələklər ağlayır, kəsik baş ağlayır, qucağında atanın başı uzandı qupquru yerə Rüqəyyə, üzündə qovuşmanın sevinci… O, artıq atasının qollarında indi, cansız bədəni yerdə qalmış, nə çıxar? Bir fəryad, bir nalə daha yüksəldi göyün üzərinə…
Kərbəla orada matəmi anlatdı…
Minlərcə qana susuamış insan… Üç quruşluq dünya üçün dünyanı yandırıb-yaxmağa hazır olan ordu…
Su içənə ilan belə toxunmaz deyərlər. Onlar ilandan daha da zəhərli və alçaqdılar… Kərbəla o çirkin sifətləri tanıtdı dünyaya… İnsan olmayan insanları…
Kərbəla zilləti anlatdı…
Bu zillət ordusunun qarşısına sadəcə yetmiş iki igid sıralandı… Onların biləkləri dəmirdən, ürəkləri nurdandı… Bir dastan yazdılar qanla, illər boyu hər kəsi yandırdı. Onlar ölümü öldürənlər, ölümü dirildənlərdi. Ayaqları Adəmin (ə), başları Həzrət Mehdinin (ə.f) yanındaydı… Kərbəla onları tanıtdı insanlara, qürurla…
Və Kərbəla izzəti anlatdı…
Adı Hürr… Özü kimi azad… İgidliyi ilə məşhur sərkərdədir o. Amma aldanmış, əyrini doğru sanmış… Qorxusuz gözləri cənnəti və cəhənnəmi görür. Və birdən, gəlib ordunu tərk edir, izzətə doğru qaçır, cənnətə cəhd edir. Adını tarixə yazdırdı. Tövbə qanadları ilə yüksəklərdən səsləndi insanlara…
Və Kərbəla tövbəylə yüksəlməyi öyrətdi…
İnsanlığın hər şeyi orada yazıldı… Yaradılanların sirri orada oxundu… Baş rolda insan orada… Və Kərbəla bütün zamanlara insanı, insanlığı anladır.
/Kerbela.infi/Sahar.tv/