21 Noyabr 2024 - 21
İraq ölkəsi diktator Səddamın devrilməsindən sonra öz tarixinin ən gözəl anlarını yaşayır. Yaşanan bu gözəl anların böyük səhmi İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) pak məzarları yerləşən, habelə İmam Zaman həzrətlərinin kiçik qeybə çəkildiyi məkanı olan Samirra şəhərinə düşür. ABŞ, sionist İsrail rejim, Qərb ölkələri, Türkiyə və Səudiyyənin dəstək verdikləri sələfi terror qrupları ölkədən xüsusillə də, Mosuldan təmizləndikdən sonra Samirra şəhərinə zəvvar axını günügündən artmaqdadır.
İraqın Samirra şəhərində yerləşən həzrət Əskəreyn hərəmində Alah Təalanın yer üzərində Özünə Xəlifə təyin etdiyi Şiələrin 10-cu İmamı həzrət Əli ən-Nəqi (ə) və Şiələrin 11-ci İmamı həzrət Həsən əl-Əskərinin (ə) mübarək məzarları yerləşir. Bu məzarların yerləşdiyi məkana Əskəreyn hərəmi deyilir.
Həmçinin bu mübarək hərəmin daxilində aşağıdakı şəxslər də dəfn edilib:
Həzrət Həkimə Xatun – Məhəmməd ət-Təqinin (ə) qızı, həzrət Əli ən-Nəqinin (ə) bacısı.
Həzrəti Nərcis – İmam Həsən əl-Əskərinin həyat yoldaşı, Məhəmməd ibn Həsən əl-Mehdinin (Allah Təala Onun şərəfli zühurunu tezləşdirsin) anası.
Böyük qeyb dövrünü yaşayan 12-ci İmam həzrət Məhəmməd ibn Həsən əl-Mehdinin kiçik qeybə çəkildiyi zirzəmi də bu mübarək hərəmin içindədir.
Qeyd edək ki, Samirra şəhərində hücuma məruz qalan Əsgəriyyə türbəsi - (İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) hərəmi) 2006-cı ildə ABŞ tərəfindən dəstəklənən təkfirçi qruplar tərəfindən partladılaraq tamamən dağıdılmışdır.