24 Noyabr 2024 - 24
Ey oğul qismət olur guşeyi-viranə mənə,
Şami-şum içrə o viranədi qəmxanə mənə.
Zülfi-pürçinin Əli boynuma bir silsilədir,
Qanə batmış üzvün oxşarı əlhəq gülədir,
Fələki-nizədə başın qəməri-kamilədir,
Həsrətin içdürü qəmlə dolu peymanə mənə.
Qanə batmış başın hərdəmki gəlir cövlanə,
Pabürəhnə gedirəm, getsə başın hər yanə,
Bəs sınıq qəlbimi zülfün eyləyib viranə,
Odu ki, guşeyi-səhralər olub xanə mənə.
Göz götürməm o üzündən dəyə yüz sili mənə,
Qəlbimin cazibəsindən var oğul meyli mənə,
Öylə üz vermiş oğul hicridə qəm seyli mənə,
Deyirlər əhli-cahan cümləsi divanə mənə.
Sən şəhadətlə Əli, tutdun o cananə yolun,
Mən də üryan dəvədə əhd ilə peymanə yolun,
Kərbəladan tutaram Şamidə viranə yolun,
Qoy şəmatət eliyən qalmaya bir danə mənə.
Ya Əli, ey gözümün nuru, özün eylə nəzər,
Bəzmi-matəmdə tökər Tuti üzə əşki bəsər,
Əşki-çeşmin elə məhşərdə onun dürri-gühər,
Göz dikib, həşr günü rövzeyi-rizvanə, mənə.
Hacı Şıxəli Tuti (1881-1966)