23 Noyabr 2024 - 23
Necə oldu Seyyidiş-şühəda bu gün bu qədər sevilir? Çünki Allaha özünü sevdirdi. Nə ilə sevdirdi? Bunu nə ilə qazandı? Peyğəmbərinə itaət etməklə. Bu gün sən, mən, biz hamımız bütün bəşəriyyət peyğəmbərə itaət edərsə, onun ardınca gedərsə Allah da onu sevəcək. Sevdisə bütün bəşəriyyətə sevdirəcək.
Əlbətdə bizim bəşər tərəfindən sevilməyimiz bizim hədəfimiz deyil. Bu Allahın bizə hədiyyəsidir. Allahın onu sevən hər bir insan üçün nəzərdə tutduğu hədiyyədir. Biz bunun dalınca olmamalıyıq. O bizim hədəfimiz olmamalıdır. Bu, o əməlimizin mükafatıdır, nəticəsidir. Allah tərəfindən qarşılığı odur ki, Allah da bizim qarşımıza bunu qoyub, deyir "sən mənim üçün bunu etdin. Mən də sənin üçün bunu edirəm. O nəticədir, bizlik deyil və biz də səy etməliyik ki, nəticəni hədəf qərar verməyək. Nəticə insanın Allah tərəfindən, sonra da bəndələri tərəfindən sevilməsidir. Bizim ikinci bəndə tərəfindən sevilməyimiz bizim nəticəmizdir, o da bizim hədəfimizə çevrilməməlidir.
Biz əvvəl bir şeyi hədəf qərar verək. Öz əməllərimizlə, baxışımızla, danışığımızla, oturmağımızla, durmağımızla, yatmağımızla, yeməyimizlə... Həm fərdi həyatımızda, həm ictimai həyatımızda, həm də ailə həyatında peyğəmbər kimi olaq. Onun kimi davranaq. İmam Hüseynin (ə) həyatına baxanda bütün bu dediyimiz mərhələlərin hər birində nümunə vardır. Hər birində bunların təsdiqinə nümunə tapa bilirik. Peyğəmbərdən itaət hətta ibadətdə belə şamil olunur. Həzrət Seyyidiş-şühəda (ə) cəddi Rəsulullahın (s) qoyduğu qanunların ardınca idi. Onun getdiyi yol ilə gedirdi. Necə ki cəddi Allah tərəfindən elan etmişdi ki, kəbə əminamanlıq evidir, həzrət Mədinədən çıxır gəlir Kəbəyə. Çünki Mədinədə onu qətlə yetirmək istəyirdilər.