23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Kərbəla hadisəsini daima tədqiq edib, diqqətdə saxlamalıyıq
27.01.2018

Elə bir insan yoxdur ki, İmam Hüseynə (ə) mənəvi baxımdan yanaşdıqda qəmgin olmasın. İndiyə qədər elə bir şəxs olmayıb ki, bu hadisəni izləsin, lakin buna biganə yanaşsın. Bir insan bu məsələyə, biganə yanaşırsa deməli onun həqiqətən mənəvi aləmi zibilliyə dönmüş, qəlbi qəsavət bağlamışdır.

İnsanlar İmam Hüseyn (ə) mərasimlərinə yığışırlar. Sözsüz ki, ağlamaq özü də bir etiraz əlamətidir. İnsanlar ağlamaqla, qəmgin olmaqla, hüzn bəsləməklə İmam Hüseynə (ə) tərəfdar olduqlarını nümayiş etdirir, həmçinin orada maariflənirlər. Əza məclisləri ciddi məclislərdir. Əyləncəli məclislər deyil. Ona görə insanlar ciddi yanaşırlar. Beyinləri tam açıq şəraitdə olur və bu faciəni araşdırırlar. Məlumatlar əldə edirlər və sözsüz ki, bu da onlarda müsbət təsir qoyur və onlar götür-qoy edərək islamın möhkəm ənənələrini, qayda-qanunlarını mənimsəyib və ona riayət etməyə çalışırlar.

Məlumdur ki, Yezid İslam ümmətinin xəlifəsi adını özünə mənimsəyərək, İslam adına pozğunluqlar törədirdi. Yəni Kərbəla faciəsi Yezidin (l) birinci işlətdiyi cinayət deyildi. Eyni zamanda Məkkəyə hücum edərək oranı mancanaqlarla vurmuşdu, Peyğəmbər şəhəri Mədinəyədə hücum edərək orada da faciə törətmişdi. İmam Hüseyn belə bir insana qarşı qiyam etmişdi. Ona görə də, İslam tarixində Kərbəla hadisədən əlavə həm ideologiyadır, həm də şüardır. Orada hər bir şey tapmaq olar. Kərbəlanın İslam tarixində xüsusi ilə tətqiq olunası və diqqət olunası rolu var.