23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Aşura qiyamı statistika və rəqəmlərlə
31.01.2018

Kərbəla torpaqlarında Ömər bin Səədin başçılığındakı Yezid bin Müaviyə ordularının hücumu, İmam Hüseyn, ailəsi və köməkçilərinin şəhadəti ilə nəticələnmişdir
Aşura hadisəsi, hicrətin 61-ci ilində məhərrəm ayının onuncu günü Kərbəlada Yezid ordusunun İmam Hüseyni (ə) və ailəsini mühasirəyə alması və qətliam törətməsi deməlkdir. Kərbəla torpaqlarında Ömər bin Səədin başçılığındakı Yezid bin Müaviyə ordularının hücumu İmam Hüseyn, ailəsi və köməkçilərinin şəhadəti ilə nəticələnmişdir. İmam Hüseynin (a.s) geridə qalan ailəsi, qadınlar və uşaqlar əsir alınaraq Kufə və oradan da Şama aparılmışlar. Bu günün İslamda xüsusən şiələr yayında çox əhəmiyyətli yeri vardır. Şiələr bu günün xatirəsinə hər il dünyanın müxtəlif yerlərində əzadarlıqlar keçirməkdə və İmam Hüseyn və şəhidlərin fəzilətlərini anmaqdadırlar. İslaminsesi RAST-a istinadla Kərbəla hadisəsinin statistika və rəqəmlərlə olan göstəricilərini təqdim edir.

Kufəlilərin İmam Hüseynə (ə) yazdığı məktubların sayı

Tarixçilər, İmam Hüseyn (ə) Məkkədə ikən ona yazılan məktubların sayı haqqında müxtəlif fikirdədirlər:

Bir qrup tarixçi: hər biri bir, iki, üç və ya dörd nəfər tərəfindən yazılan 150 məktup,
Təbəri, məktubların sayının təxminən 53 ədəd,
Bəlazuri 50 məktubun olduğunu,
İbn Səəd, yazılan məktubların sayının 18 min olduğunu yazıblar.
Bu mövzu haqqında tarixçilərin fikirləri toplansa qail olan insan sayı çox olduğundan və bəzi mənbələrinin qədim olmasına görə 150 məktub sayı həqiqətə daha yaxın kimi gəlir.

İmamın Hüseynin Kufəyə göndərdiyi nümayəndə Hz. Müslim inbi Əqilə beyət edənlərin sayı

Kufədə
Kufəliləibn əqilə beyət edənlərin sayı haqqında da tarixi mənbələrdə fərqli fikirlər var:

Çoxlu sayda tarixi mənbə, 18 min adamın beyət etdiyini, bəziləri 12 min,
İmam Məhəmməd Baqirdən (ə) nəql edilən bir rəvayətdə sayı 20 min,
İbn Əəm və Xarəzmi 20 mindən daha çox nəfər,
İbn Şəhəri Etibarsızdır, 25 adamın beyət ettiğini [9]
İbn Qüteybə və İbn Abdu rabbih 30 mindən çox,
İbn Əsakir və İbn Nema Hilli (başqa bir nəqldə Şabi) 40 min nəfərin İmama beyət etdiyini bildirmişlər.
Bir rəvayətdə Zeyd ibn Əli, Sələmət bin Kuheylin soruşduğu bir suala verdiyi cavabda babası İmam Hüseynə (a.s) beyət edənlərin sayını 80 min nəfər olaraq açıklamıştır. Belə çıxır ki, bu rəqəm, İmam Hüseynin yanında Yezid qoşunlarına qarşı döyüşmək üçün könüllü olunların sayıdır.

Təbərinin Əbu Mihnefdən nəql etdiyi 18 min nəfər rəqəmi daha çox etibara malikdir, məhz bu görüşü başqa qədim mənbələr də təsdiq edir.

Müharibəyə hazırlıqlı kufəlilər

Bəzi rəvayətlərdə Yezid qoşunlarına qarşı vuruşmağa hazır olan kufəlilərin sayı 100 min nəfər qeyd edilmişdir

Hz. Müslimlə birlikdə qiyam edənlər

Əbul Fərəc İsfahani belə yazır: "Müslim köç edəndə kufəliler onun yanına gəldilər. Belə ki, Kufə məscid və bazarı insanlardan dolub daşdı

İbn Səəd və Zəhəbi, Müslimin Kufə qiyamındakı yoldaşlarının sayını 400 nəfər olaraq bildirmişdir,
Təbəri və Şeyx Müfid 4 min nəfər,
İbn Əsəm, Məsudi və Xarəzmi, 18 min və ya daha çox nəfər,
İbn Şəhr Aşub 8 min nəfər,
İbn Həcər Əsqəlani isə 40 nəfər qeyd etmişdir
Şeyx Müfid və Təbərinin Əbu Mihnəfdən nəql etdiyi və Şeyx Mufidin 4 min nəfərlik görüşü daha çox etibara malikdir.

Hz. Müslimi mühasirəyə alanların sayı

Kufə hökuməti tərəfindən Müslim bin Əqilin həbs olunması hadisəsində, bəzi mənbələr bu həbsin 60 və ya 70 nəfərlə, bəziləri 100 və bəziləri də 300 nəfərlə baş verdiyini bildirmişlər.

İmam Hüseynin (ə) hərəkət vaxtı

İmam Hüseynin (ə) Yezidə beyət etmədiyi gündən Aşura gününə qədərki müddət miqdarı 175 gündür. 12 gün Mədinədə, 4 ay 10 gün Məkkədə, 23 gün Məkkə ilə Kərbəla arasında və 8 gün (Məhərrəm ayının ikisindən 10una qədər) Kərbəlada keçmişdir.

İmamın yol boyu qət etdiyi mənzil sayı

İmam Hüseyn (ə) Kərbəlaya çatmaq üçün Məkkə və Kufə arasında (təxminən 430 kilometr) cəmi 18 mənzil qət etmişdir. Bu mənzillərin hər birinin digəri ilə arasındakı məsafə 3-5 fərsəx (16-27 kilometr) arasındadır.

İmam Hüseynin (ə) səhabələrinin sayı

Təəssüf ki, İmam Hüseynin (a.s) köməkçilərinin gerçək və həqiqi sayını ortaya qoyacaq heç bir üsul yoxdur. Birinci əl mənbə və sənədlər, yəni şahidləri, İmam Hüseynin (ə) köməkçilərinin sayını fərqli qeyd etmişlər və bundan başqa şəxslərin adları tarix və hədis mənbələrində müəyyən bir nizam və qaydalara görə yazılmamışdır. Bəzən bir şəxs ad, künyə (bir şəxsin öz övladının adı ilə adlandırılması), ata adı və ya ana adı yaxud qəbilə və tayfa adı kimi bir neçə şəkildə qeyd edildiyindən və digər tərəfdən İmam Hüseynin (a.s) qiyamının bütün mərhələ və mərhələlərində yavər (yoldaş, sirdaş, dost) və səhabələrinin sayı qeyd olunmadığından dəqiq rəqəm ortaya çıxmamışdır.

Danışılanlar fonunda bu məsələ haqqında imkan ölçüsündə dəqiq bir məlumat vermək üçün İmam Hüseynin (ə) səhabələrini qiyam günü mərhələsində zaman və məkan olaraq dörd hissəyə bölərək araşdıracağıq:

Mədinədən çıxdığı an

Çox sayda qaynaq, İmam Hüseynin (ə) Mədinədən çıxdığı andakı səhabələrinin sayını bildirməmişdir. Bu məsələ haqqında tək rəqəm, Şeyx Səduqun İmam Sadiqdən (ə) nəql etdiyi bir rəvayətdə bu sayın 21 nəfər olduğu məlumatıdır.

Məkkədən çıxdığı an

İbn Səəd, İmam Hüseynin (ə) səhabələrinin 60, Bəni Haşimdəki (qadın, kişi və uşaq) nəfərlərin sayını isə 19 olaraq bildirmişdir.
İbn Əsakir və İbn Kəsir, öz açıqlamalarında Əhlibeytin (ə) sayını açıqlamayıb, ancaq İmam Hüseynin (a.s) kufəli 60 yavərinin olduğunu yazıblar

İbn Qüteybə Deynuri və İbn Abdu-Rabbih, şəhid olduğu zaman Müslim bin Əqilin dilindən qadın və kişi olmaqla cəmi 90 nəfərin olduğunu bildirmişlər
İbn Əsəm, Xarəzmi, Məhəmməd ibn Təlhə Şəfii, Ərbili və İbn Səbbağ Maliki, İmam Hüseynin (ə) Məkkədən çıxarkən yanındakılarının sayını 82 nəfər olaraq bildirmişdir
İbn Kəsir başqa bir yerdə, İmam Hüseynin (ə) yanındakıların sayını 300 nəfər bildirmişdir

Kərbəlada (Aşuradan öncə)

Əmmar Dihni-nin İmam Məhəmməd Baqirdən (ə) nəql etdiyinə görə, İmam Hüseyn (ə) Kərbəlaya daxil olduğu zamandakı köməkçilərinin sayı 145 nəfərdir (45 atlı, 100 piyada) . [30]
Bəzi tarixçilər 89 nəfər bildiriblər. Belə ki: İmamın səhabələrindən 50 nəfər, düşmən qoşunlarından 20 nəfər (sonradan İmama qatılanlar) və Əhlibeytdən (ə) 19 nəfər. İmam Hüseynin (ə) Kərbəla yolunda bundan əvvəlki atlı sayını 32 nəfər bildiriblər.
Yəqubi İmam Hüseynin (ə) səhabə və Əhli- Beytini 62 və ya 72 nəfər olaraq bildirmişdir
Yalnız tarixçi Məsudi, İmam Hüseynin (ə) Kərbəlaya gedərkən səhabələrinin sayını Hz. Hürrlə birlikdə 500 atlı və təxminən 100 piyada qeyd edib.
İbn Şəhr Aşub, İmam Hüseynin (a.s) Kərbəladakı köməkçilərinin sayını 82 nəfər qeyd edib.
Başqa rəvayətlərin də cəmindən İmamın yavərlərinin sayını 70-90 arasında olduğunu söyləmək mümkündür.

Aşura günündə

Ən məşhur və ən çox söylənən fikir 72 nəfərdir. Əbu Mihnəfin, Zəhhak bin Abdulla Mişrikiden nəql etdiyinə görə, İmam Hüseynin (ə) Aşura günündəki yavərlərinin sayı 72 nəfərdir (32 atlı və 40 piyada)
Hüseyn bin Əbdurrəhmanın Səəd bin Ubeydədən nəql etdiyi rəvayətə görə İmamın (ə) ordusunun sayı 100 ,
Təbəri Əbu Mihnəfdən Zeyd ibn Əlinin nəqlilə İmam Hüseynin (ə) yavər sayını 300-ə qədər,
Qazi numan Məğribi, 70 nəfərdən daha az ,
Məsudi, "İsbatul-Vəsiyyet" kitabında 61 nəfər,
Xarəzmi (bir rəvayətə görə), 114 nəfər,
Səbt İbn Cuzi, 145 nəfər (45 atlı, 100 piyada),
İbn Həcər Hiytəmi (ö. 974) 80-dən bir neçə nəfər çox olduğunu yazmışdır.
72 nəfər olduğu fikrinə, qədim və etibarlı qaynaqlardan olması və həmçinin nəql edənlərin sayının çoxluğu görə, daha çox etimad edilir.

Ömər bin Səədin ordu sayı

Bəzi mənbələr, düşmənin ordu komandanlarının adlarını, neçə əsgərə komandanlıq etdiklərini detalları ilə qeyd ediblər. Ümumi say 22 min nəfərdir.
Şeyx Səduqun İmam Sadiq və İmam Səccaddan (ə) nəql etdiyi iki rəvayətə görə Ubeydullahın ordusundakı əsgər sayı 30 min nədərdir.
"İsbatul-Vasiyət" kitabının müəllifi Məsudi, 28 min nəfər,
Şiə Təbəri, 14 min nəfər,
İbn Şəhr Aşub, 35 min nəfər olduğunu nəql etmişdir, ancaq hər hissənin ordu komandanlarının adlarını zikr edərkən, komandirlərin əmri altında olan əsgərlərin sayını 25 min qeyd etmişdir.
Səbt bin Cuzi, 6 min nəfər olduğunu yazıb.
Başqa rəvayətlərdə məhərrəm ayının altısına qədər düşmən ordularının sayının 20 min nəfər olduğu qeyd edilib
İbn Ənbə, 31 min nəfər,
Molla Hüseyn Kaşani, 32 min və başqa bir yerdə 17 min nəfər qeyd etmişdir.
Bu mövzu haqqındakı etibarlı görüş, Şeyx Səduqun nəql, rəvayət, yəni 30 min nəfərlik ordu sayının daha etibarlı olduğu düşünülür.

Ölənlərin sayı

Şeyx Səduq (ö. 381) və ona bu məsələdə ittiba edən Məhəmməd bin Fəttal Nişapuri (ö. 508) İmam Hüseynin (ə) bəzi səhabələri tərəfindən öldürülən düşmən sayını belə açıqlayır:
Ölənlərin sayı

Şeyx Səduq (ö. 381) və ona bu məsələdə ittiba edən Məhəmməd bin Fəttal Nişapuri (ö. 508) İmam Hüseynin (ə) bəzi səhabələri tərəfindən öldürülən düşmən sayını belə açıqlayır:

Hürr bin Yəzid Riyahi: 18 nəfər
Züheyr bin Qeyn: 19 nəfər
Həbib bin Məzahir: 31 nəfər
Abdullah bin Əbi Urvə Qəffari: 20 nəfər
Burəyr bin Huzəyr: 30 nəfər
Malik bin Ənəs Kahili: 18
(Yəzid bin) Ziyad bin Muhasir Kindi (Ebuş-Şəsə): 9 nəfər
Vəhəb bin Vəhəb (və ya Abdullah bin Umeyr Kəlbi): 7 (və ya 8) nəfər
Nafi bin Hilal bin Həccac: 13 nəfər
Abdullah bin Müslim bin Əqil: 3 nəfər
Əli Əkbər (ə): 54 nəfər
Qasim İbn Həsən (ə): 3 nəfər

Eynilə bu hesabata görə, İmamın (ə) bəzi səhabələrinin tərəfindən öldürülən düşmən sayı 225 (və ya 226) nəfərdir. İbn Şəhr Aşub, öldürülən düşmən sayını Şeyx Səduqun verdiyi saydan daha artıq vermişdir. Misal olaraq, bu şəxslər tərəfindən öldürülən düşmən sayını bu şəkildə yazmışdır:

Hürr: 40 nəfər
Həbib min Məzahir: 62 nəfər
Zuheyr bin Qayn: 120 nəfər
Həccac bin Məsruk: 25 nəfər
Əvn bin Abdullah bin Cəfər: 21 nəfər
Əli Əkbər (ə): 70 nəfər;
Abdullah bin Müslim bin Əqil: 98 nəfər

Şəhidlərin sayı

Bəzi müəlliflər Kərbəla şəhidlərinin sayını düzgün və dəqiq şəkildə təqdim etmək üçün xeyli səy ediblər. Lakin mövcud tədqiqat mənbələrinin məhdud olması, bu məsələdə tam və səhih bir say təqdim etməyi çətinləşdirir:

Şəhidlərin cəmi

Bu mövzu haqqındakı ən məşhur nəzər, 72 nəfər olduğudur.
İmam Baqir və İmam Sadiqin (ə) səhabələrindən olan Fuzeyl min Zubeyr, qiyamın əvvəlindən sonuna qədərki şəhid olan yavərlərin sayını 106 nəfər (20 Haşimoğullarından, 86 nəfər yavərlər,
Əbu Mihnəfin Zəhr bin Qaysdan nəql etdiyinə görə (İmam Hüseyndən başqa) şəhid sayı 78-dir, ancaq başqa tarixçilər, eynilə Zəhrin rəvayətinə görə 32, 70 nəfər (atlı) və yenə 77, 82 nəfər və 88 nəfər yazıblar.
Bəlxi (ö. 322) və Məsudi, 78 nəfər,
Əllamə Seyid Möhsin Əmin, Aşura qiyamına iştirak edən şəhidlərin adlarını 139 nəfərə çatdırmışdır
Şeyx Məhəmməd Məhdi Şəmsəddin, bu məsələ haqqında etdiyi analizdən sonra şəhidlərin sayını 100-dən bir az çox,
Şeyx Zəbiullah Məhəllati, qiyamın əvvəlindən ta Abdullah min Əfif Kindinin Kufədə əsirlərin vaxtında şəhid olmasına qədərki müddət ərzində şəhid olanların sayını 228 nəfər
Başqa bir müəllif isə Aşura qiyamının başından sonuna qədərki şəhidlərin sayını 182 nəfər qeyd edib
Belə çıxır ki, şəhidlərin sayını 72 nəfər açıqlayan nəzər, qaynaqların köhnə olmasıdır və həmçinin bütün görüşlərin arasındakı şöhrəti bu nəzəri digər nəzərlərə görə daha məqbul hesab etməkdir.

Haşim oğulları

Haşim oğullarından neçə nəfərin şəhid olduğunu açıqlayan mənbələr olduqca fərqlidir. Belə ki, bu say 9 nəfərdən 30 nəfərə qədər verilib. Bir çox mənbədə keçən ən məşhur görüş, 17 nəfərdir. Bu rəvayətlərin bəziləri İmamlardan (ə) nəql edilmişdir.

Ən qədim tarixi mənbədə Bəni Haşimdən şəhid olanların sayı Müslim bin Əqil və İmam Hüseyn (ə) daxil olmaqla 20 nəfər qeyd edilib.

Bu məsələ haqqında 9 ilə 30 arasında fərqli fikirlər də var. Ümumən 17 nəfərin olduğu fikri qaynaqların daha qədim və çoxluğu və həmçinin daha məşhur olduğuna görə, digər fikirlərə nisbədə daha çox qəbul olunur. Məhz bu görüş pak İmamların (ə) rəvayətlərində də keçir.

Şəhid anaları

Şəhidlərdən 8-nin anası Aşura günü Kərbəlada olub, övladlarının şəhadətlərinə şahidlik ediblər:

Əli Əsğərin anası Rubab,
Əvn bin Abdullah bin Cəfərin anası Həzrət Zeynəb (s.ə),
Qasim bin Həsənin (a.s) anası Rəmlə,
Abdullah ibni Həsənin anası Bint Şəlil əl-Cəliliyyə,
Abdullah bin Müslimin anası Ruqəyyə bint Əli (a.s),
Məhəmməd bin Əbi Səid bin Əqilin anası Abduh bint Əmr bin Cənadə,
Abdullah bin Veheb el-Kəlbinin anası Qmmq Vəhəb.
Eyni şəkildə bəzi rəvayətlərdə Həzrət Əli Əkbərin (ə) anası Leylanın da orada olduğu keçir, ancaq Kərbəlada olduğu fikri sabit deyil.

Həddi buluğ yaşına çatmayan şəhidlər

Kərbəlada həddi-buluğa çatmadan şəhid olanların sayı 5-dir:

Əli Əsğər,
Abdullah bin Həsən,
Məhəmməd ibn Əbi Səid ibni Əqil,
Qasim ibni Həsən (a.s),
Əmr bin Cənadə əl-Ənsari.

İmam Hüseynin əsir səhabələri

İmam Hüseynin (ə) köməkçilərindən 2 nəfər ilk əvvəl əsir düşmüş və sonra şəhid olmuşlar:

Səvər bin Munim
Munim bin Sumamə Səydəvi.

İmam Hüseyndən (ə) sonra şəhid olanlar

İmam Hüseynin (ə) səhabələrindən 4 nəfər İmamdan (a.s) sonra şəhid olmuşlar:

Səəd bin əl-Hərs və qardaşı Əbul Hətuf,
Suveyd bin Əbi Mutə (yaralanmışdı),
Məhəmməd ibn Əbi Səid ibni Əqil.

Atalarının yanlarında şəhid olanlar

İmam Hüseynin (a.s) yavərlərindən öz atalarının yanında olduqları halda şəhid olmuşlar:

Əli Əkbər (ə),
Əli Əsğər (ə),
Əmr bin Cənadə,
Abdullah bin Yəzid,
Mucmə əin Əiz,
Əbdürrəhman ibn Məsud.

İmam Hüseynin (ə) ordusunun təşkil olduğu qəbilələr

Müasir tədqiqatçılardan biri, qiyamın əvvəlindən etibarən Bəni Haşim və digər qəbilələrdən olmaqla təşkil olunmuş 104 nəfərlik şəhid siyahısı hazırlayıb.

Haşimilər (Müslim bin Əqil daxil olmaqla): 26 nəfər,
Əsədi: 7 nəfər,
Həmdani: 14 nəfər,
Məzhici: 8 nəfər,
Ənsar: 7 nəfər,
Bəcəli və Həsəmi: 4 nəfər,
Kində: 5 nəfər,
Qaffari: 3 nəfər,
Kəlbi: 3 nəfər,
Əzdi: 7 nəfər,
Əbdi: 7 nəfər,
Teymi: 7 nəfər,
Tai: 7 nəfər,
Təğlibi: 5 nəfər,
Cuhəni: 3 nəfər,
Təmimi: 2 nəfər,
Müxtəlif qəbilələrdən olanlar: 3 nəfər

Birinci həmlədəşəhid olanlar

Bəzi mənbələr, İmam Hüseynin (ə) köməkçilərindən bəzilərinin düşmənin ilk hücumunda şəhid olanlarının sayını 50 nəfər qeyd ediblər

İmam Hüseynin (ə) pak bədəninin üzərində at çapanların sayı

Bəzi mənbələr, yalnız İmam Hüseynin (ə) pak nəəşinin üzərində at çapan düşmən əsgərlərinə toxunmuş, ancaq onlardan bir çoxu bu şəxslərin sayını 10 nəfər qeyd etmişlər. [78]

İmam Hüseynin (ə) yaralarının sayı

Tarixçilər İmam Hüseynin (ə) qılınc, ox, nizə və daşlar səbəbilə bədəninə aldığı yaraların sayı haqda müxtəlif fikirlər bildirmişlər:

İmam Sadiqdən (ə) nəql edildiyinə görə: İmam Hüseyn 33 nizə, 34 qılınc zərbəsi alıb. Başqa bir rəvayətdə 33 nizə və 44 qılınc və ox; digər bir rəvayətdə isə 70-dən çox qılınc zərbəsi aldığı keçir.
İmam Məhəmməd Baqirdən (ə) nəql edilən bir rəvayətdə İmam Hüseynin (ə) aldığı yara sayı 320, başqa bir rəvayətdə isə qılınc, nizə və ox səbəbindən 63 zərbə aldığı keçib.
İmam Səccaddan (ə) nəql olunan rəvayətdə 40 qılınc və nizə zərbəsi aldığı bildirilir.
Bəzi mənbələr, İmam Hüseynin (a.s) nizə, ox və qılınc zərbəsiylə bədəninin (və paltarı) 110 yerinin kəsildiyini nəql ediblər.
Bəzi mənbələr, qılınc, ox və daş zərbələrindən 120,
İbn Səəd 33 Yara aldığını yazıb.
Əli ibni Məhəmməd Əmri və İbn Ənbə (ö. 828) 70 yara, Seyid İbn Tavus isə 72 yara aldığını yazıb.
İmam Hüseynin (a.s) aldığı yaraların sayının 100-dən çox olduğu görünür. Nəql olunan rəvayətlərdə İmam Hüseynin bədəninə o qədər ox dəydiyi bildirlib ki, bədəni oxlarla örtülmüşdür. Bu səbəbdən 100-dən çox şəklindəki nəzəri bu şəkildə dəstəklənir.

Ailələr

Bəzi müasir yazıçılar, Kərbəlada 3 ailənin olduğunu yazıblar:

Cənadət bin KKəb bin Hərs (Haris) Səlmani Ənsari,
Abdullah bin Umeyr Kəlbi,
Müslim bin Əvsəcə.
Bu mövzu araşdırılarkən Müslim bin Əvsəcənin ailəsinin orada olduğu fikrini təsdiq edən mötəbər bir sənəd yoxdur. Əlbəttə, bəzi mənbələr qulunun (kəniz) orada olduğunu nəql edib.

Şəhid səhabələr

İmam Hüseynin (ə) səhabələri arasında Həzrət Rəsulullahın (s) səhabələrindən də bəziləri var idi. Fuzeyl min Zubeyr bu rəqəmin 6, Məsudi isə 4 nəfər olduğunu bildirib, ancaq bəzi müasir yazıçılar başqa 5 səhabədən də bəhs ediblər:

Malik bin ənəs bin Haris Kahili,
Həbib bin Məzahir,
Müslim bin Əvsəcə əsədi,
Hanİ Bin Urvə Muradi,
Abdullah bin Baktar.

Başı Kəsilən Şəhidlər

Ömər min Səədin başçılığı ilə düşmən ordusu tərəfindən başları kəsilən Kərbəla şəhidlərinin sayı haqqında tarixi mənbələrdə fərqlər gözə çarpır:

Bəlazuri, Deynuri, Təbəri, Şeyx Müfid, Xarəzmi və İbn Nəma, İmam Hüseynin (ə) pak başından başqa, başı kəsilən şəhid sayını 72 olaraq gətirib.
Deynuri, başları kəsilənlərin qəbilələr arasında bölüşdürülməsi ilə bağlı rəvayətində bu sayı 75, Əbu Mihnəfdən nəql edən Bəlazuri isə 82 qeyd edib.
Səbt bin Cuzin, Hişam Kəlbiden sayı 92,
Seyid bin Tavus və Məhəmməd ibni Əbi Talib Musəvi, kəsik baş sayını 78,
Təbəri və İbn Şəhr Aşubun Əbu Mihnəf və İbn Səbbağ Malikidən nəql etdiklərinə görə Ubeydullah min Ziyadin yanına aparılan kəsik baş sayı 70-dir
Belə çıxır ki, birinci görüş qədimdən bəri çox mötəbərdir. Qəbilələr arasında bölüşdürülən kəsik baş sayı bu şəkildədir:

Kində qəbilə rəisi Qays bin Əşəs 13,
Huvzan qəbilə başçısı Şimr min Zilcəvşən 12,
Bəni Təmim Olunum qəbiləsi 17,
Bəni Əsəd qəbiləsi, 17,
Mizhəc qəbiləsi, 6,
Başqa qəbilələrdən 13.
Bu kəsik başlar, İbn Ziyaddan bəxşiş almaq üçün qənimət kimi qəbul olunurdu.

Qul şəhidlər

Fuzeyl bin Zubeyr, İmam Hüseynin (ə) şəhid olan qul sayını 3 nəfər qeyd edib. İbn Səəd və Təbəri 2 nəfər, Yinə Həmzə bin Əbdülmüttəlibin qulu ünvanı ilə 1 qul şəhiddən bahs edib. İbn Şəhr Aşub bu mövzu haqqında belə yazır: İmam Hüseynin (ə) qullarından 10, Möminlərin Əmiri Hz. Əlinin qullarından isə 2 nəfər şəhid olub

Yaralananlar

a) Tarixçilərin yazdığına görə sonradan sağalan tək yaralı Həsən ibni Həsən ibni Əlidir (ə) (Həsən Müsənna).

b) Sonradan şəhid olan yaralıların sayı 3 nəfərdir:

Səvar bin Humeyr Cabiri,
Əmr bin Abdullah Həmdani Cundui,
Murəkkə bin Sumamə əsədi.

Əsirlər və qalanlar

Kişilər

Qədim əsərlər tədqiq olunduqda Kərbəla hadisəsində qalan əsirlər bunlardan ibarətdir:

İmam Zeynəl Abidin (ə),
İmam Məhəmməd Baqir (ə),
Ömər bin Hüseyn,
Məhəmməd bin Hüseyn bin Əli,
Zeyd bin Həsən,
Amr bin Həsən,
Məhəmməd bin Əmr bin Həsən,
Cəfərin iki oğlu
Abdullah bin Abbas ibn Əli,
Qasim bin Abdullah bin Cəfər,
Qasim bin Məhəmməd ibn Cəfər,
Məhəmməd ibn Əqil Askər,
Rubabın qulu Uqbə bin Səman,
Qulam Əbdürrəhman ibn Abdu-Rabbih Ənsari,
Möminlərin Əmiri Həzrət Əlinin (a.s) qulu Müslim bin Rubah
Əli bin Osman Məğribi.

Qadınlar

İbn Səəd, Əhlibeytdən əsir düşən qadınların sayını 6 nəfər, Qazi Numan Məğribi 4 və Əbul Fərəc İsfahanı 3 nəfər qeyd edib:

Möminlərin Əmiri Həzrət Əlinin (ə) qızları:

Həzrət Zeynəb (s.ə)
Fatimə [135]
Ümmü Gülsüm,
Ümmü Həsən,

İmam Hüseynin (a.s) qızları:

Fatimə,
Səkinə (və ya Sukeynə)
Fatimə Suğra.
Rubab (İmam Hüseynin həyat yoldaşı və Sukeynə və Abdullah Razinin anası)
Ümmü Məhəmməd (İmam Həsənin qızı və İmam Səccadın (ə) həyat yoldaşı).

İmam Hüseynin qiyamına müxtəli üsullarla yardım edən qadınlar

Mariyə (Bəsrə şiələrinin toplandığı məhəllədə evi olan Səəd və ya Munkiz Əbdiyənin qızı)
Tua (Müslim bin Əqil Kufə küçələrində tək qalanda onu evinə alan Əşəs bin Qeysin qulucariyəsi).
Deyləm və ya Dilhəm (Zuheyr bin Qeyni İmam Hüseynin ordusuna qoşulması üçün təşviq edən həyat yoldaşı).
Əhlibeytin əsir qadınlarına paltar və çadra gətirən kufəli qadın

Etiraz edən qadınlar

Aşura qiyamında Yəzid ordularının əməllərinə qarşı etiraz edən qadınların sayı 5-dir:

Ümmü Abdullah, (Kindinin qızı və Malikə bin Nuseyrin xanımı) ərinin İmam Hüseynə (ə) aid burnusun (bir növ sarıq, başa qoyulan bir növ təkkə) qarət etməsinə etiraz etmişdir.
Abdullah bin Əfif Kindinin qızı - atası İbn Ziyadın gücləri tərəfindən mühasirəyə düşdükdə atasının yardımına getmişdir.
Bəni Bəkr ibn Vail qəbiləsindən olan bir qadın, Ömər bin Səəd ordusunun çadırları qarət etməsinə etiraz etmişdir.
Nəvar (Kəb bin Cabir bin Əmr Əzədinin qızı və ya həyat yoldaşı) əri ilə birlikdə Ömər bin Səədin ordusuna və Abdul bin Huzeyrin öldürülməsinə etiraz etmişdir.
Nəvar (Hulə-nin xanımı Malik bin Əkrab Həzreminin qızı) İmam Hüseynin (ə) kəsilmiş başını sevincli halda evə gətirdiyinə görə ərinə etiraz etmişdir.

Kərbəlada bir nəfər qadın İmam Hüseynin (ə) cihadına qoşularaq şəhid olmuşdur. Bu qadın Abdullah bin Umeyr Kəlbinin xanımı Ümmü Vəhəbdir.

Kərbəla Şama hərəkət müddəti

Əhlibeyt əsirlərinin Kufədən Şama qədər qət etdikləri mənzillərin sayı 14-dür.

Əhlibeyt əsirlərinin Şamda qaldıqları müddət

İbn Əsəm, Şeyx Müfid, Şeyx Təbərsi kimi şiənin əsas alimləri qapalı ifadə ilə "bir neçə gün" təbirini işlədiblər.
İbn Səəd, Təbəri, Xarəzmi (Əbu Mihnəfdən nəql ediblər), İbn Əsakir, Səbt bin Cuzi, İbn Kəsir və Məclisi, Əhlibeyt qadınlarının Şamda saxladıqları matəm günlərinin sayını 3 gün qeyd ediblər.
Qazi Numan Məğribi (ö. 363) Əhlibeytin Şamda keçirdikləri müddəti 45 gün qeyd edib

Seyid bin Tavus (ö. 664) Əhlibeytin Şam zindanlarında bir aya qədər qaldıqlarını bildirib
İmaduddin Təbəri (701-ci ilə qədər yaşamışdır) və Əllamə Məclisi (başqa bir yerdə) belə yazır: Əhlibeyt (ə), 7 gün matəm tutmuşdur. Əllamə Məclisi, səkkizinci gündə Yəzidin onları çağırdığını və onlara qarşı kədərini bildirdikdən sonra Mədinəyə qayıtmaları üçün lazımlı hazırlıqları gördürdüyünü bildirir.

45 gün və bir aylıq nəzərləri o qədər də güclü deyil, çünki bu nəzərlərə qail olanlar təkdirlər. Müaviyə sülaləsindən qadınların Əhlibeytin əzadarlığını görərək onların haqq olduqlarını dərk etməsi və beşinci gündən etibarən onlara qoşularaq onlarla birlikdə matəm saxlamalarından belə anlaşılır ki, Əhlibeyt Şamda 10 gündən çox qalmamışdır.

ahlibeyt.ge