23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

"Hüseyn məndəndir, mən də Hüseyndənəm" hədisinin şərhi
07.02.2018

İslamın bu günə qədər gəlib əlimizə çatmasının səbəbi, yəni namazın, orucun, Quranın və başqa ilahi hökmlərin yerinə yetirilməsinin səbəbi Seyyidiş-şühədanın şəhadətidir. Məşhur hədisdə deyilir ki, peyğəmbər buyurdu: "Nəvəm Hüseyn məndəndir", bu hədisin bir hissəsidir. O zaman da bəziləri bunu izah edə bilmirdilər. Amma insan düşünəndə mənası bəllidir, o qədər də şərhə izaha ehtiyacı yoxdur. Yəni, Hüseyn mənim nəslimdəndir mənim kökümdəndir, mənim soyumdandır, mənim nəvəmdir, əti mənim ətimdəndir, qanı mənim qanımdandır və s. Sonra peyğəmbər ardınca buyurur "Hüseyn məndən olduğu kimi, mən də Hüseyndənəm". Burada alimlər qalır ki, Xudaya bu hədis nə demək istəyir?

Kərbəla hadisəsi baş verdikdən sonra hədisin ikinci hissəsi daha yaxşı məna olundu. İmam Hüseyn (ə) öz qiyamının hədəflərini açıqlayanda buyurur, mən baxdım gördüm ki, İslamın fatihəsi oxunur, bu gedişlə İslamdan əsər-əlamət qalmayacaq, qalan təkcə quru ad olacaq və onun göstərişlərindən əsla əsər-əlamət qalmayacaq ona görə qiyam etdim. Gördüm bu İslam ağacı qurumaq astanasındadır, onu suvarmaq lazımdır, onu qorumaq lazımdır, özü də qanla suvarmaq lazımdır, adi bizim düşündüyümüz suyla yox! Çünki o su ilə alınmazdı. Orada şəhadət lazım idi. Həzrət Seyiddiş-şühəda da öz şəhadəti ilə, öz qanı ilə bu islam ağacını suvardı. Onun quruyaraq məhv olub əldən çıxmasının qarşısını aldı. Ona görə də peyğəmbər buyurur: "Mən də Hüseyndənəm".

Bir zaman mənim ümmətim adımın, götürdüyüm dinin və ilahi hökmlərin aradan getməsi ilə üzləşəcəklər. Yenidən mənim adıma, götürdüyüm dinə, götürdüyüm sonuncu səmavi kitaba ikinci dəfə həyat bəxş edən və mənim hədəflərimə həyat verən, onları dirildən nəvəm Hüseyn olacaq. Ona görə peyğəmbər buyuyrurdu, Mən də Hüseyndənəm!

Hacı Vasif Niftullayev