23 Noyabr 2024 - 23
Göndərən: Xəzər Abışov
Şəhər: Sabirabad
Tarix: 03/02/2018
Sual: Aşura mərasimində 2*3 metr ölçüdə və təxminən 2 metr hündürlüyündə Qasim otağı deyilən kəcavə hazırlanır. Otağın içi şəkillər (imamlara aid edilən), güzgülər nəlbəkidə halva və s. bəzədilir. Aşura günü həmin otaq müqəddəs bir yer kimi gəzdirilir. İnsanlar təbərrük kimi altından keçib nəzirlər atırlar. Mərasimdən sonra adi bir əşya kimi növbəti ilini gözləyir. Bu nə dərəcədə doğrudur? Təşəkkürlər
Cavab: Təəssüf ki, əsrlər ötdükcə İmam Hüseyn əzadarlığına bir çox əlavələr olunmuşdur. Bu əlavələrin bəzisi ayrı-ayrı cəmiyyətlərin matəm əlaməti, bir növ hüzn ifadəsidir və şəriət baxımından eybi yoxdur. Lakin bəzi əlavələr, habelə sizin də toxunduğunuz Qasimin bəy otağı uydurma rəvayətlərə dayanır və heç bir tarixi əsasa malik deyil. İmamlara aid edilən şəkillərin yayılması da alimlərimiz tərəfindən mənfi qarşılanır. Bu kimi işlər öz-özlüyündə mənasız və əsassız iş hesab oluna bilər, lakin dini ayin formasına düşdükdə haram və bidət sayılır.
Bununla yanaşı, camaatın illərdir müqəddəs saydığı bir işi bir günün içində kənara qoymaq asan deyil. Axundlardan, aparıcı şəxslərdən başlayaraq maarifləndirmə aparmaq tövsiyə olunur.