21 Noyabr 2024 - 21
İmam Hüseynin (ə) qiyamı tarixdə misli görünməmiş bir hadisədir. Həzrət Peyğəmbərin vəfatından 50 il sonra onun öz ümməti tərəfindən həzrətin nəvəsinin faciəvi şəkildə şəhadətə yetirilməsi həqiqətən müsəlmanlar üçün dəhşətli faciə idi. Bu hadisə heç bir əxlaqa, ədəbə, ideologiyaya, qanuna və heç bir sahəyə sığmayan faciə idi. Necə ola bilir ki, bir ümmət öz peyğəmbərinin övladını faciəli şəkildə şhadətə yetirsin? Ona su vermədən, balalarına rəhm etmədən, peyğəmbərin öz gəlinlərini qızlarını nəvələrini şəhərbəşəhər əsir olaraq gəzdirərək böyük bir müsibət baş verməsi həqiqətən tarixdə misli görünməmiş bir hadisədir. Ona görə də müsəlman tarixçilərinin hamısı, istər əhli-sünnə, istərsə də əhli-şiə tarixçiləri, bütün sirə yazanlar , tarix yazanlar əvvəldən axıra qədər hamısı bu hadisəni qeyd etmişlər və bu hadisəyə biganə qalmamışlar.
Tarixi təbəri bu hadisəni ən çox nəql edən kitablardan biridir. İmam Hüseynin (ə) hadisəsini bizə çatdıran mənbələr isə şəxs olaraq həzrətin öz Əhli-beytidir. İmam Səccad (ə), Xanım Zeynəb (ə), orada iştirak edən qadınlar, orada iştirak edən uşaqlar, əslində İmam Hüseynin (ə) qadınları və uşaqları oraya aparmasının fəlsəfəsi, hikməti bu idi ki, onlar öz gördüklərini insanlara açıqlasınlar və əməvi hakimiyyətinin yalanlarını ifşa etsinlər.
Tarix yazır ki, İmam Baqirin (ə) Kərbəla hadisəsi zamanı 4-5 yaşı var idi və İmam Baqir (ə) hadisələri gözü ilə görüb insanlara çatdırıb. Bir bu şəxslər İmam Hüseynin hadisəsini bizlərə çatdırıblar və kitablar da onlardan nəql ediblər.
Digəri biri isə Əhli-sünnə alimi olan Əbu–Mixnəfdir. Bu Əbu-Mixnəf hakimiyyət tərəfindən göndərilmiş bir tarixçi idi. Bilirik ki, əvvəllər informasiya vasitələri ancaq yazı diliylə və şifahi şəkildə idi. Hakimiyyət də bir katib göndərirdi ki, hadisələrin hamısını qələmə alıb arxivdə saxlayırdı və o hadisələr insanlara danışılırdı. Əbu-Mixnəf də yazdığı hadisələri kitab halına salıb. Həmin o kitab da sonradan müsəlmanların mənbəsinə çevrildi və İmam Hüseynin (ə) tarixini yazanlar, Aşura hadisəsini yazanlar o kitaba müraciət etdib əsas götürdülər. Əhli-sünnənin əksər alimləri Əbu-Mixnəfdən bu hadisəni nəql ediblər. Digər nəql edənlər isə orada iştirak edib sağ qalan insanlar idi. Hətta düşmən tərəfdən də gəlmişdilər ki, onlar gedib öz gördüklərini insanlara nəql ediblər və onlar da qələmə alıb hadisəni insanlara çatdırırlar. Bir sözlə bütün sünni və şiə mənbələri İmam Hüseynin (ə) bu hadisəsini Kərbəla faciəsini bütünlüklə hamısını yazıblar. Bəziləri təhlil ediblər, bəziləri təhlil etmədən veriblər. Burada heç bir istisna demək olar ki yoxdur.
İlahiyyatçı Samir Ağayev