21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Nə üçün imam Hüseyn (ə) Mədinədə qalmayıb Məkkəyə getdi?
24.02.2018

Nə üçün imam Hüseyn (ə) Mədinədə qalmayıb Məkkəyə getdi?

Mədinə imam Hüseynin dövründə məhdud bir şəhər idi. Xalq peyğəmbər (s) məscidinin fəzilətini dərk etmək və onun qəbrini ziyarət etmək üçün bu şəhərə gələrdi. Bu şəhər Məkkə qədər siyasi deyildi. Bir zümrə müqəddəs peyğəmbər məscidinin guşəsində ibadətə məşğul olurdu və siyasətə qarışmırdı. Əgər imam bu məhdud fəzada qalsaydı, haqqı dirçəldib, batili aradan götürə bilməzdi. Burada onun terror ehtimalı da vardı.

İmam ona görə Məkkəni seçdi ki, bu şəhər həcc aylarından əlavə, rəcəb, şəban və ramazan aylarında da bütün İslam ölkələrindən ziyarətçiləri qəbul edirdi. İmam yaxşılığın əmri və pisliyə qadağa üçün bu fürsətdən bəhrələnmək fikrində idi. Həzrət şəbanın 3-də Məkkəyə daxil oldu. İmam Məkkəyə daxil olanda, Məkkənin tanınmış adamları onun ətrafında cəmləşdi. Bildilər ki, imam beyət etməyib və etməyəcək. İmam Məscidül-Həramda, Səfa və Mərvədə idi. İnsanlar onun ətrafında toplaşmışdı. İmam Bəni-Üməyyənin həzrət Əlinin (ə) şəhadəti vaxtında davam edən fitnə-fəsadından, zülm-sitəmindən danışırdı. Şübhəsiz ki, söhbətlər Bəni-Üməyyənin ölkənin idarəçiliyində səlahiyyətli olmadığını bildirirdi. Həzrət müsəlmanları müqəddəs qiyama çağırırdı. Məkkə cəmiyyəti məhdud idi. Təkcə onların hesabına qiyam qaldırmaq olmazdı. Şam isə bütünlüklə Bəni-Üməyyənin ixtiyarında idi. Şam əhli imam Hüseynə (ə) tabe deyildi. Əmr As Misiri sıxıntıya salmaqla yerində oturtmuşdu. Şiələrdə qiyam qaldırmaq üçün güc yox idi. Yalnız həzrət Əlinin (ə) hakimiyyəti altında olan İraqda əksəriyyəti şiələr təşkil edirdi və qiyam üçün zəmin vardı.

Əliəsğər Səffar Hərəndi