22 Noyabr 2024 - 22
Məhərrəm ayında düzgün İslam və Quran maarifi olan Hüseyn (ə) və Əli (ə) təlimlərini xalqa söyləyin. Mən dəfələrlə demişəm ki, mütaliəsiz minbər etməyin. İnsan "görək nə deyirik" deyə minbərə getsə və minbərdə ağzına gələni danışsa, bəzən zəif, bəzən səhv və bəzən Allah eləməmiş, məzhəbə hörmətsizlik sayılan bir söz desə, bu, Aşuraya qarşı nankorluqdur.
Möhtərəm cənablar! Əziz, zəhmətkeş və dəyərli ruhanilər, alimlər və natiqlər! Bu gün bizim gənclərimizin diqqətli beyinlərinin sualları var. Bu sualları səhv axtarmaq kimi başa düşmək olmaz.Bir gənc bir sual verən kimi deməyək ki, sakit ol; sanki küfr söyləyir. Gəncdir, gəncin beyni diqqətlidir. Bu gün bütün dünyada mövcud olan səsli və görüntülü əlaqələr səbəbindən səhv fikirlər və düzgün olmayan əsaslandırmalar geniş yayılmışdır. Bizim gəncimiz üçün sual yaranır. Bunu kim aradan qaldırmalıdır? Mən və siz aradan qaldırmalıyıq. Əgər siz gedib həmin fikir boşluğunu düzgün şəkildə doldurmasanız, yaxud o sualı və iradı aradan qaldırmasanız, başqa bir nəfər gedib yanlış formada ona cavab verəcək. Ruhanidə əsl İslam düşüncəsinin ən yaxşısı, ən əsaslısıvə ən güclüsü olmalıdır. Bizim belə düşüncə və sözlərimiz çoxdur. Şəhid Mütəhhəri kimi bir nəfər bir universitet toplumunu öz qarşısında etirafa və təslimə vadar edirdi. Onun tədris etdiyi həmin kafedrada açıq şəkildə din əleyhinə təbliğat aparan və dərs deyən şəxslər vardı. O gedib onlarla dava etmədi, yaxalaşmadı, danışdı, fikir irəli sürdü, həqiqətləri dedi, düzgün düşüncədən istifadə etdi və söz sahibi oldu.
Ayətullah Xamenei