22 Noyabr 2024 - 22
Həzrət Hüseynin (ə) imamətinə etiqadlı hər bir fərd aşura və Hüseyn mövzularının Allah, Onun rəsulu (s) və məsum imamların nəzərində mühüm bir məsələ olduğunu bildikdən sonra bu cərəyanı tanımalı deyilmi?! Məgər öyrənməli deyilmi ki, aşura qəziyyəsi nədir? Aşuranı yalnız qətl-qarət və xeymələrin yandırılmasına görəmi böyük bilməliyik? Əlbəttə ki, yox! Tarixdə bu sayaq qətl-qarətlər və qırğınlar çox olmuşdur.
İmam Hüseyn (ə) dünyaya gəldiyi gündən, həzrət Peyğəmbərin (s) insanların diqqətini bu məsələyə yönəltməsinin səbəbi nədir?! Hər bir şiə bilməlidir ki, Hüseyn ibn Əlinin (ə) qiyamı nəyi aradan götürdü və nəyi bərqərar etdi.
Əliəsğər Səffar Hərəndi