22 Noyabr 2024 - 22
Adam nə namaz qılır, nə oruc tutur, heç İslam dinində də deyil. Amma bu adam həzrət Əbəlfəzlə bağlı o səhnəni eşidir ki, həzrət getdi suyu götürsün və özü içmədi və s. Bir də görürsən özündən gedir. Çünki təsirlənmə halı var qəlbində. Ümumən bəzi insanların qəlbləri var ki, bunların təsirlənmə potensialı çox aşağıdır, hətta bəzilərində sıfır vəziyyətindədir. Bəzi insanlarda da var ki, çox yuxarıdır. Həzrət Peyğəmbər buyurur: "İmam Hüseynin (ə) şəhadəti ilə bağlı möminlərin qəlbində bir hərarət, yanğı və bir istilik vardır ki, heç vaxt soyumur və sönmür". Bunu yaratmağa ehtiyac yoxdur.
Deməli belə başa düşülür ki, imanın ciddi göstəricilərindən də biri budur ki, imanlı qəlbdə İmam Hüseynin (ə) o müsibətinin, o şəhadəti ilə bağlı təsirlənmə halı fövqəl dərəcədədir və ayıqdır. İman dərəcələrinə görə də fərqlənə bilər. Birində o həddədir ki, İmam Hüseynin adı gələndə özündən gedir. Birində də o cürdür ki, təsirlənir amma daha aşağı səviyyədə təsirlənir.
İlqar İbrahimoğlu