21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura hərəkatını hansısa təzyiqin qarşısında üsyan adlandırmaq olmaz
07.03.2018

Mən istəyirəm Peyğəmbərin sünnəsini dirildəm. Əlinin sünnəsini dirildəm. Burada beyət məsələsi yoxdur. Mən istəyirəm əmr be-məruf (red. yaxşılığa dəvət) edəm. Bir sıra hədislərdə imam insanlara cəmiyyətin haramının halal olmağını xatırladır. Buyurur, görmürsünümzü haqqa əməl olunmur? Batil işlərdən çəkinilmir? İmam bir müslih (red. əməli saleh) olaraq danışır, nəinki təzyiq qarşısında dayanmış üsyançı olaraq. İmam cəmiyyətdə bir müslih kimi çıxış edir. Çünki cəmiyyətin problemi var, xəstəliyi var. İmam o problemləri həll etmək, o xəstəliyi müalicə etmək istəyir. Bu düşünülmüş hərəkət və seçilmiş addımlar idi ki, İmam Hüseyn haqqında dedim.

İmamın cümlələrində belə bir şey görünmür. Beyət məsələsi var, amma bu o demək deyil ki, beyət olmasaydı imam islah etməzdi, beyət olmasaydı imam bu hərakatı qaldırmazdı. Burada əmr be-məruf da var, ehya da var, islah da. İmamın bir neçə cümləsində var ki, buyurur: "islah edirəm cəddimin ümmətini." İslah, ehya, əmr be-mərufun və nəhy əz-münkərin içərisində düşünülmüş hərəkətdir. Buna görə də bu hərəkatı hansısa təzyiqin qarşısında üsyan adlandırmaq olmaz. Bu belə məna olunmur.