23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Əgər müsəlmanların rəhbəri Yezid kimisi olacaqsa...
13.03.2018

İmam Həsənin (ə) şəhadətindən sonra İslam ümməti və imamət məsuliyyəti və dinin hifzi İmam Hüseynin (ə) üzərinə düşdü. Müaviyənin 10 illik diktator hakimiyyəti həzrət Hüseynin (ə) imaməti ilə eyni vaxta təsadüf edirdi. Müaviyənin ölümündən sonra imamın qarşısında yüngül ağıllı, şərabxor, qumarbaz, iffətsiz, xalqın canına, malına, namusuna hakim olan bir gənc dayanmışdı. İmam Hüseynin (ə) vəzifəsi Allah dinini qorumaq idi. Yezid hətta zahirən də dinə sayğı göstərmirdi. Atası Müaviyə böyük siyasətçi, münafiq bir hiyləgər idi. O zahirən özünü etiqadlı göstərirdi. İmam Müaviyənin dövründə beyət etmədi. Yəzidə beyət etmək istəmədiyi üçün Məkkəyə yola düşdü. Mərvan Hüseynin (ə) qəlbini ələ ala biləcəyinə ümid edərək dedi: "Mən sənin xeyirxahın olduğum üçün deyirəm ki, Yəzidlə müxalifətdən fayda götürməyəcəksən. Əksinə, özünü və ailəni təhlükəyə atırsan. Mən xahiş edirəm ki, Yezidə beyət et. Söz verirəm ki, Yezid sənin hörmətini saxlayacaq. Çox olsun ki, o hakim kimi tanınsa da əsl hakim sən olacaqsan!" (Müaviyə Abdullah ibn Zübeyrə, imam Hüseynə və Abdullah ibn Ömərə demişdi ki, Yezid zahirdə hakimdir, əsl hakim sizsiniz. Göstəriş verin, o icra etsin.) Mərhum Seyid ibn Tavus yazır ki, imam Hüseyn Mərvana belə cavab verdi: "Əgər müsəlmanların rəhbəri Yezid kimisi olacaqsa, İslamla xudahafizləşmək lazımdır."

Bu prinsipial bir məsələdir və müsəlmanlar Yezid kimi bir şəxsin İslam məmləkətinə rəhbər olmasına imkan verməməlidir.

Əliəsğər Səffar Hərəndi