25 Noyabr 2024 - 25
Möhtərəm ruhaniləri, böyük alimləri, təbliğatçıları, minbər adamlarını, vaizləri, təbliğat yolunu tutmuş və gələcəkdə inşallah böyük işlər görməli olan gəncləri daim ziyarət edirəm. Sizin cəminiz mənim üçün çox əziz bir cəmdir; çünki Hüseyn (ə) sözünü ucalda və bu faydalı yolu inşallah yenidən qura bilən cəmdir. Düzdür, Hüseynin (ə) yolu bizim ölkəmizdə və bizim xalqımız arasında bir neçə əsr boyu heç zaman bağlanmayıb; müxaliflər və düşmənlər olsa da, bir iş görə bilməyiblər. Bununla yanaşı bu yolun faydaları olduqca çoxdur. Əgər həqiqətən ruhanilər, təbliğatçılar və söz sahibləri məhərrəm ayına layiqli şəkildə bu yola qədəm qoyub, bu yolda dəyərli fikir və elm işləri ilə yanaşı ixlaslı yaradıcılıqlar, yeniliklər etsələr, səylər göstərsələr, bu yolun faydaları indiyədək olanlardan bir neçə dəfə artıq ola bilər. Odur ki, bu sahədə imkan daxilində müştərək fəaliyyət göstərmək lazımdır.
Təbliğatda dinləyicini tanımaq - Biz öz dinləyicilərimizi tanımalı, kimin qarşısında dayandığımızı bilməliyik. Əgər bu gün öz dinləyicilərimizlə, misal üçün, 40-50 il öncə alimlərin və din təbliğatçılarının söhbət etdiyi dillə danışsaq, bu böyük səhv olar. Məfhumların çoxu yenilənmişdir, sözlərin çoxu yenilənmişdir, düşüncələrin çoxu o zamandan indiyə qədər kamilliyə doğru dəyişmişdir. Bu günün gəncinin, bu günün dinləyicisinin öz sualları və şübhələri var. Bunlara cavab verilməli, həqiqətlər aydınlaşmalıdır. Bu gün gəncin o zaman mövcud olmayan hazırlığı var. Bu gün haqq və İslam hökumətinn qurulmasından irəli gələrək o zaman mövcud olmayan gözləntilər vardır. Danışarkən bu məsələlərə diqqət yetirmək lazımdır. Buna əsasən, mühüm işlərin biri öz dinləyicimizi tanımaqdır. Biz əlimizdə olan mətləblər məcmusundan onun ehtiyacına uyğun olanı seçməli və münasib dillə söyləməliyik. Kimsə deyə bilər ki, mənim münasib dilim yoxdur. Ola bilsin hamının yaxşınitqi, bu bacarığı və dili olmasın; hər kəs bir cür yerinə yetirə bilər. Mühüm budur ki, kiminlə danışdığını və kimə cavab verdiyini bilsin. Bu çox önəmlidir.
Ayətullah Xamenei