23 Noyabr 2024 - 23
İmam Hüseynin (ə) Kərbəlada etdiyi qiyam və o şəhadət bizə böyük bir dəsrlik qoydu. O dərsliklərdən çox misallar gətirə bilərik. Yəni Kərbəla bizlərə onlarla dərslik miras qoydu. Şücaət dərsi, səxavət dərsi, ədalət dərsi, izzət dərsi, məhəbbət dərsi, eşq dərsi və bunların sayını daha da artırmaq olar. Bütün bu gözəl sifətlərin hamısını İmam Hüseyn Kərbəlada bir dərs ünvanında bizlərə göstərdi.
Bu dərslərdən biri eşq dərsidir. İmam Hüseyn yaradanına olan eşqi, məhəbbətini Kərbəlada göstərdi. Necə göstərdi? İmam Hüseyn o zaman dini analiz etdi. Və baxdı gördü ki, dinin axan qanında ləkələr var, mikroblar var. Çünki Yezid, atası Müaviyə və bu hakimiyyətlər nəticəsində dinin həqiqiliyi aradan getmişdi. Yəni din həqiqi simasını özündən çıxarmışdı. Dinin quru adı qalmışdı. Neçə illər dinin hakimiyyəti altında peyğəmbərin yerində əyləşdilər, dinə hakimiyyət etdilər və dini özünküləşdirdilər. Din adı altında çox iyrənc işlər görürdülər.
Yezid İmam Hüseynə beyət məktubu yazdı. İmam orada bir söz, buyurdu: "Mənim kimisi sənin kimisinə heç bir zaman baş əyməz". İmam Hüseyn bu cümləni deməklə qiyamətə qədər qapıları açıq qoydu. Yəni orada imam demək istədi ki, hər zamanın Yezidi var, hər zamanın da Hüseyni (ə) var. Amma hüseynçilər heç bir zaman zalimlərə baş əyməzlər.
Elnur Xudaverdiyev