23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Aşiq oldur kim qıla canın fəda cananinə
10.09.2018

Aşiq oldur kim qıla canın fəda cananinə,

Meyli-canan etməsin, hər kim ki, qıymaz caninə,

Baş açıq gəzsün gərək əhli-əyali aşiqün,

Nizəvü şəmşirü xəncərdür cəlali aşiqün,

Canıni cananə verməkdür kəmali aşiqün,

Verməyən can, etiraf etsin gərək nöqsaninə.

Bir işarə eyləsə vəslilə dilbər aşiqə,

Hayil olmaz can, min səddi-Sekəndər aşiqə,

Məstdir, şəmşirü xəncər, tir neylər aşiqə?

Zövq edər dəydigcə xəncər sineyi-suzaninə.

"Aşiqəm" - hər kim deyə, can verməsə sadiq deyil,

Eşqi-kamil canü malü şövkətə şayiq deyil,

Vamiqü Fərhadü Məcnun, can min aşiq deyil,

Aşiq istərsən əgər, get Kərbəla meydaninə.

Məst meydanda yıxılmış aşiqi-Rəbbi-Vədud,

Gah məşğuli-münacatü gəhi gərmi-sücud,

Əkbərü Əsğər gedib, dolmüş xədəng ilə vücud,

Naz edər cananinə dəgdigcə xəncər caninə.

Bəzmi-xəlvət gör nə aləmdür, Hüseyn Şimrilə məst,

Şümr məsti-mülki-Rey, amma Hüseyn məstü ələst,

Baş verən bu, baş kəsən o, bu Məsih, o, bütpərəst,

Bir tamaşa qıl Hüseynün haləti-məstaninə.

Bir tərəfdə ovc edər əflakə bangi-əl-ətəş,

Təşnəlikdən xırla ətfal eyləyib bir yanda qəşş,

Ləbləri solmuş Səkinə bir tərəfda ğonçəvəş,

Icz ilə ətşan yapışmuş Zeynəbün damaninə.

Səs gəlür, gördi bu halətdə o şahi-Kərbəla,

Xeyməgahun aldı düşmən, hardasan, gəl, ya əxa,

Əhli-beytün az qalub olsun əsiri-əşqiya,

Naleyi-Zeynəb yetişdi çün o qeyrət kaninə.

Istədi dursun, yıxıldı, qamətini qıldı xəm,

Sürünürdi xeymə səmtinə, deyərdi dəmbədəm,

Ölmeyüb qardaşun, ey bizarə, gəldim, çəkmə qəm,

Mane ol, baci, hərəmlər naləvü əfğaninə,

Ərz edüb şeytan o vəqtə, key Xudayi-zül-mənən,

Bu şəhün zəxmində suzeş yoxdu, düşmüş bi-kəfən,

Vər nə fulad olsa tab etməz bu zəxmilə bədən,

Etina etməz bu hərgiz tirü xəncər saninə.

Bu qədr zəxmilə düşmüşdü o şahi-məşriqeyn,

Sadir oldu afitabə hökmi-Rəbbil-aləmeyn,

Düşmənə zahir ola ta payeyi-səbri-Hüseyn,

Sal hərarət hər nə varun Kərbəla meydaninə.

Gördi, tufan eylədi Kərbubəladə bu ləin,

Qaçdı, gördi kürreyi-Həddad tək qızmış zəmin,

Dəmbədəm söylür - Rəzayəm bu qəzayə- Şahi-din,

Gərdəni-taət qoyub, yəni bəla fərmaninə.

Rəhm qıl, bizarə Şəmsü Ərdəbiləm, ya Əli

Gəlmişəm dərgahuvə, əbdü zəliləm, ya Əli,

Asitanundan məni qovma, dəxiləm, ya Əli,

Çəkmərəm əl səndən, and olsun Hüseynin caninə

Şəms Ərdəbili