22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kufə şiələrinin imamı dəvət etməsi
16.03.2018

Kufə şiələri Müaviyənin ölümündən və imam Hüseynin ona beyət etməyib etiraz olaraq Məkkəyə getməsindən xəbər tutduqları vaxt şiə şeyxlərindən olan Süleyman ibn Sərt Xəzainin evində toplaşdılar. Süleyman ayağa qalxıb xütbə oxudu. Allaha həmd-sənadan sonra dedi: "Biz xəbər tutduq ki, Müaviyə ölüb və Hüseyn ibn Əli Yəzidə beyət etməyib, etməyəcək. İmam Hüseynə (ə) o qədər məktub yazılmışdı ki, Şəbs ibn Rəbi, Həcar ibn Bəcr, Yəzid ibn Haris, Ürvə ibn Qeys, Əmr ibn Həccac kimi dünyapərəstlər də başqalarından geri qalmamaq üçün imama gözəl və ədəbi məktublarla xitab edir, yazırdılar: "Ey imam Hüseyn! Bağça-bağlarımız yaşıl və xürrəm olub, meyvələrimiz yetişib. Yalnız imamımız yoxdur. Əgər istəsən, yubanmadan bizə doğru gəl. Hazır və fədakar bir qoşun görəcəksən!" İmam bütün məktubları mütaliə edirdi. Bu məktublar xüsusi bir xurcunda saxlanılırdı. Bəziləri deyirlər ki, imama on min məktub yazılmışdı. Dəqiq budur ki, imamın yanında bir kisə məktub yığılmışdı. Həzrət məktubları gətirib Hürrün qabağına tökdü və buyurdu: "Bu məktubları Kufə əhli yazıb və məni Kufəyə dəvət edib."

Səid ibn Abdullah Hənəfi, Abdullah ibn Val, Abəs ibn Şəbib kimi elçilər, imama deyirdilər: "Xalq səni istəyir və Yəzidin xilafəti ilə razılaşmır."
Bu insanlar səhvə yol verirdimi? Əlbəttə ki, yox! Bilin ki, Kufə əhlinin əksəri imamət dostu idi və Hüseyn ibn Əlinin hakimliyini istəyirdi. Amma hansı qiymətə? Onlar İmam Hüseyni (ə) Kufəyə gəlib hakimiyyəti ələ almasını arzulayırdılar. İmam Kufədə beytül-mal sandıqlarını açmalı və kufəlilər öz haqlarını götürməli idilər. Bu işin qarşısını almaq istəyənləri əsgərlər və mücahidlər yerində oturtmalı idi. Amma bütün bunları qan bahasına istəyənlər az idi. Necə ki, həzrət Əli (ə) Əmr ibn Həməqə buyurdu: "Ey kaş, sənin kimi yüz adamım olaydı!"Adətən, əksər insanlar hazır yağlı tikə sorağındadır. Zəhmət çəkmək lazım gəldikdə isə şikayətlənməyə başlayırlar. (Bəzən imam Rahil buyurdu: "Bizdə tarixdə görünməmiş bir möcüzə baş vermişdir. İlahi hökumətin qurulması üçün şəhadət hazırlığı bu ölkədə mədəniyyətə çevrilmişdir. Xalqımızın əksəri belə düşünür ki, ya şərafətlə yaşamalıyıq, ya da ölüm rəzil həyatdan üstündür. Bu imam Hüseynin (ə) şüarı idi!)
Görəsən imam Hüseyn (ə) bu məktubların arxasında uyğun həqiqətlərin dayandığını bilirdimi? Şübhə etməməliyik ki, imam bütün bunları çox gözəl bilirdi.

Əgər belə idisə, nə üçün Müslimi Kufəyə göndərirdi? Nə üçün Müslimin şəhadətindən sonra özü Kufəyə doğru hərəkət edirdi? Bu sualları bir çox tədqiqatçılar araşdırmışlar. Bəziləri qəti şəkildə bildirirlər ki, imam Hüseyn (ə) Kufə xalqının yalanına aldandı. Amma biz bu sayaq fikirləri küfr sayırıq. Bizim fikrimizcə Hüseyn (ə) imamdır, zülmə düşmüş xalq ondan yardım istədikdə imam həqiqəti bildiyi halda onlara müsbət cavab verməsə, qiyamət məhkəməsində onun qarşısını kəsib, Allaha şikayət edərlər. Deyərlər ki, Müaviyə öldü, bu imamdan bizə rəhbər olmasını istədik, bu yolda canımızdan keçməyə hazır idik, amma o gəlmədi və bizə dedi ki, siz yalan danışırsınız! Bizim yalan danışmağımıza nə ehtiyac vardı?! Bəli, imam vəzifəsinə əməl edərək Kufə əhlinə müsbət cavab verdi. Necə ola bilərdi ki, imam Hüseyn (ə) ibn Abbas, Məhəmməd ibn Hənəfiyyə, Abdullah ibn Ömər qədər məsələnin mahiyyətini anlamaya?! Bu üç şəxs imamı Kufə əhlinin vəfasızlığından həzər qılmağa çağırmışdılar. Amma həzrət onların cavabında belə buyurmuşdu: "Mən getməliyəm və Allah nə istəyirsə, o da olacaq!"

Əliəsğər Səffar Hərəndi