23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Beyzə dayanacağında İmam Hüseynin (ə) xütbəsi
20.03.2018

Karvan Beyzə adlı məntəqəyə çatdı. Burada imam xütbə oxudu. O həzrət buyurdu: "Ey xalq! Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs zalım hakimin halalı haram etdiyini, peyğəmbər sünnəsinə müxalif olduğunu, bəndələr arasında günahkarlıq və azğınlıq etdiyini görüb, öz əməl və danışığı ilə ona qarşı çıxmasa, Allah-təalanın haqqı var ki, bu şəxsi həmin zalım hakimi daxil etdiyi yerə daxil etsin. (İnqilabımızda da Hüseyn davamçıları bu kəlama istinad edirdilər.)

İmam Hüseyn (ə) cəddi peyğəmbərin (s) buyuruğundan belə bir nəticə çıxarır: "Bilin! Bunlar (Bəni-Üməyyə və əlaltıları) bağışlayan Allaha itaəti tərk edib, şeytana itaətə uyublar, fəsadı hakim edib, ilahi hədləri boşlayıblar; İslam məmləkətinin beytül-malını (büdcəsini) öz inhisarlarına alıblar, Allahın halalını haram, haramını halal sayıblar. Bu vəziyyəti aradan qaldırmaq üçün mən ən layiqli kəsəm. Siz də mənə yazdınız, elçiləriniz beyət etdiyinizi mənə bildirdilər. Dedilər ki, məni təslim etməyəcəyinizi, tənha qoymayacağınızı əhd etmisiniz. Əgər beyətinizə vəfalısınızsa, həqiqi təkamülə çatmısınız. Mən Əli və Fatimənin oğlu Hüseynəm. Özüm sizinlə, ailəm ailənizlədir. Siz mənə iqtida etməlisiniz. Əgər əhdinizi pozub, etdiyiniz beyəti kənara qoysanız, bu təzə şey olmayacaq. Çünki atam, qardaşım və əmioğlum Müslimlə də belə rəftar etmisiniz. Sizin yalanınıza uyan aldanmış kəsdir. Mən isə vəzifəmə uyğun olaraq qiyam etdim. Siz isə özünüzə zülm etdiniz və öz qismətinizi puça çıxardınız. Əhdi pozan kəs öz zərərinə iş görüb. Allah-təala sizdən ehtiyacsızdır. Bu xütbə imam Hüseyndən (ə) 14 əsr sonra bizim inqilabımızın proqramı oldu. Dini olan hər bir kəs bu xütbəni oxuduqdan sonra anlayır ki, vəzifəsi nədir.

Əliəsğər Səffar Hərəndi