22 Noyabr 2024 - 22
İki həftədən sonra yeni hicri şəmsi (günəş) ili yeni hicri qəməri (ay) ili,yəni məhərrəm ayı ilə birgə başlayacaq. Mən əminəm ki, İran xalqı öz ənənələrinə əhəmiyyətliyanaşmaqla, onları və novruz bayramını sevməklə yanaşı - biz də inqilabdan sonra bu günə qədər bütün illərdə həmişə novruz bayramını milli və mübarək bir bayram bilmişik - bu il Hüseyn (ə) Aşurası və məhərrəm günləri ilə bir zamana təsadüf etdiyinə görə İmam Hüseynə (ə),Aşuraya və Kərbəla şəhidlərinin qanına hörmət göstərib məhərrəmiuca tutacaq. Bilirsiniz ki, bəzi şəxslər bizim ölkəmiz daxilində müxtəlif təmayüllər arasında savaş yaratmaq istəyirlər; ürəkləri istəyir ki, xalqı iki yerə parçalayıb, təşvişə salsınlar. Onlara əhəmiyyət verməyin. Bizim ölkəmizdə şiə və sünni, müsəlman və qeyri-müsəlman söhbəti yoxdur.
Aşuraya hamı hörmətlə yanaşır. Bizim ölkəmizdə hətta müsəlman olmayan şəxslər də Aşuraya hörmət göstərirlər. Məzhəbi bağlılıqları çox da güclü olmayan şəxslər də İmam Hüseynə (ə), Əbülfəzlə, Əli Əkbərə, Əli Əsğərə, Zeynəb-Kübraya və o pak qanlara hörmət və dəyər tanıyırlar. Bizim ölkəmiz Əhli-beyt (ə) və İmam Hüseyn (ə) ölkəsidir.
Ümidvarıq ki, yeni Günəş ilinin və baharın başlanması Aşura günlərinə təsadüf etdiyindən bu bayram elə keçirilsin, xalq, məmurlar, idarələr, informasiya vasitələri elə işləsinlər ki, Aşuranın və İmam Hüseynin (ə) hörməti qorunsun.
Ayətullah Xamenei