21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) qiyamı haqqında təhrif olunmayan tarixi mənbələr hansılardır?
23.03.2018

Sual: İmam Hüseynin (ə) qiyamı haqqında mötəbər və təhrif olunmayan, yaxud az təhrifə məruz qalan tarixi mənbələr hansılardır?

Cavab: Aşura hadisəsi tarixi mənbələrdə üç şəkildə bəyan edilmişdir: Birincisi, ümumi şəkildədir. Təbəri və İbn Əsir tarixləri kimi bütün tarixi hadisələri nəql edir, o cümlədən Aşura hadisəsini. İkincisi, imam Hüseynin (ə) həyatı haqqında yazılmış kitablardır. Üçüncüsü isə Aşura günü haqqında, ondan öncə və sonrakı hadisələri özündə əks etdirən kitablardır. Qədimdən çoxlu məqtəllər1 yazılmışdır. Onlardan bəzilərində qısa şəkildə, bəzilərində geniş şəkildə, bəzilərində isə hadisənin əsası və imam Hüseynin (ə) köməkçilərindən bəzilərinin haləti qeyd olunub. Füzeyl ibn Ömər Rəsanin yazdığı "Təsmiyətun mən qətələ məəl-Huseyn (ə)" kimi, bəziləri də, əsasən imam Hüseynin (ə) köməkçilərinin adını yazmağa daha çox səy göstərib. Ümumiyyətlə, zəriflik və sənəd baxımından hadisələri bütün təfərrüatı ilə bəyan edən bir mənbə və məqtəl təqdim etmək istəsək, Şeyx Mufidin (r.ə) "İrşad" kitabını qeyd edə bilərik. Bu kitab, fars dilinə də tərcümə olunub. Həmçinin "Xatəmul mühəddisin" (hədis söyləyənlərin sonuncusu) mərhum Şeyx Abbas Quminin (r.ə) "Nəfəsul-məhmum" adlı kitabını da xatırlamaq olar. Əlbəttə müxtəsər məqtəl kitabları da mövcuddur. Buna misal olaraq Seyid ibn Tavusun "Luhuf" və həmçinin mərhum Mühəddis Quminin "Nəfəsul-məhmum" kitabının kamil forması olan "Nəfəsətul-məsdur fima yətəcəddədu bihi huzni-yəvmil-aşur" kitabını göstərmək olar.

Ayətullah Fazil Lənkərani