22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Münafiqlər peyğəmbər yolunun düşmənləridir
23.03.2018

Əllamə Təbatəbai "Munafiqun" surəsinin son ayələrini təfsir edərkən belə bir sual verir: "Qurani-kərim nifaq təşkilatının təhlükəsi haqqında təkrar-təkrar xəbərlər verir. Nə üçün peyğəmbərin (s) vəfatından sonra bu təşkilatdan danışan olmadı? Yoxsa, Peyğəmbər (s) vəfat etdiyi an bütün münafiqlər tövbə edib həqiqi İslama qoşuldu? Bu necə təhlükə idi ki, peyğəmbərin (s) həyatı dövründə ciddi sayılırdı, onu vəfatından sonra aradan qalxdı? Guya bir anda bütün münafiqlər Allah və peyğəmbərə müti oldular! Nə üçün peyğəmbərin (s) vəfatından sonra iyirmi beş il münafiq sözü gündəmə gəlmədi və sakitlik hökm sürdüsürdü?! Amma elə ki Əli ibn Əbi-Talib hakimiyyətə keçdi, yenidən həmin qovğalar başladı!"

Peyğəmbərin (s) vəfatından sonra onun Əlinin (ə) canişinliyi haqqındakı təkrar-təkrar göstərişlərinə, Qədir-Xumda xalqdan Əli (ə) üçün beyət almasına baxmayaraq, xalq başqa bir yolla getdi.

Böyük Misir alimi Əbdül-Fəttah Əbdül-Məqsud "İmam Əli (ə)" kitabında yazır: "Əfsus ki, ilk gündən haqqı sahibinin əlinə vermədilər, qoymadılar ki, İslam və müsəlmanlar bütün müşkül və bədbəxtliklərlə üzləşməsin."

Əgər Peyğəmbərdən (s) sonra dərhal həzrət Əli (ə) imamət və rəhbərliyi əlinə alsaydı, risaləti qeyblə bağlı peyğəmbər yolu davam edərdi. Amma bəziləri şəxsi mənafeləri üçün elə işlər gördülər ki, yol dəyişdi. Kərbəladakı hadisələrin bünövrəsi əslində hicrətin 11-ci ilində qoyuldu. Bütün müsibətlər oradan başladı. Hicrətin 11-ci ili İslam cəmiyyəti əsl yolundan uzaqlaşdı və batil cəbhəsi öz zahiri qüdrətini möhkəmləndirməklə haqq cəbhəsini xanənişin etdi.

Əliəsğər Səffar Hərəndi