21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) ətrafında yalnız xalislər qalmışdı
23.03.2018

Kərbəla hadisəsi baş verməmişdən qabaq İmam Hüseyn (ə) öz ətrafında olanlara, yəni sabah şəhid olacaq insanlara belə bir çağırış edir. İşıqları söndürür və buyurur: "Əgər kim sabah döyüşə getmək istəmirsə, gedə bilər." Yəni mən həmin adamlardan beyətimi götürürəm və sərbəstdirlər. Bu tasua gecəsi olan çağırışdır.
İmam səhər çağırışında isə buyurur: "Kimsə varmı ki, mənə kömək etsin?!"

Əgər bu iki ifadəni dəyərləndirmək istəsək görərik ki, zahirdə bunlar ziddiyyətli görsənir. Axşam öz səhabələrindən döyüşdə iştirak etmək istəməyənlərdən beyətini götürən bir şəxs, sabahsı gün yardım istəyir.

Bu məsələni alimlərdən biri çox gözəl qeyd edir. Deyir, bunun mənası bu idi ki, axşam istəyir yanında xalis möminlər qalsın. Səhər düşmən qoşununa səslənir ki, xalislər mənə tərəf gəlsin. Yəni İmam Hüseyn ancaq öz ətrafına xalisləri cəlb etmək istəyir. Şəhadət baş verdiyi zaman ətrafında ancaq xalis möminlər qalsın. Gözəllik nümayiş etdirmək istəyir. Və hər kəsin gözünün qabağında o gözəlliyi cilvələndirmək istəyir.

Samir Əzizov