23 Noyabr 2024 - 23
Damad başindən eləmüb şərmü həya Şimr,
Əvvəl o baş ilə verüb ol bəzmə ziya Şimr,
-Kimdür,- dedi,- aya bu başın sahibi, ya Şimr,
Qan ilə olub səfheyi-rüxsari müzəhhəb?
Tazə, - dedilər, - bir toy olubdur bu cəvanə,
Görmüb belə toy indiyədin çeşmi-zəmanə,
Toyda bu çəvandur batan öz əlləri qanə,
Fərzəndi-Həsən, Qasimi-nakamə müləqqəb.
Əkbər başın ondan sora eylübdülə hazir,
Məbhut qalub hüsnü cəmalindən o kafir,
Kimdür,- dedi, - aya bu çavan, - bir deyün axir,
Bu mahi-cəbinə düzülüb xali çü kokəb.
Söylübdülə ol nütfeyi-naïak həramə;
-Bu şibhi-Peyəmbərdi ki, yetimibdü o kamə,
Çəkdi bu Hüseynin işi axir o məqamə,
Geydirdi bu nakamə kəfən, istədi mərkəb.
Baxdı o başa, söylədi bəzm əhlinə guya:
-Olseydi mənə bir belə fərzənd dilara,
Qoymazdım onun zülfünə bir toz qona əsla,
Əlhəq məni çox şurə gətirdi bu şəkərləb.
Raci Əbulhəsən