23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Alimlərin Kərbəla tarixinin və hadisələrinin təhrifi müqabilində olan vəzifələri nədir?
07.09.2018

Sual: Mərcəyi-təqlidlərin, ruhanilərin və alimlərin, moizələrdə yaxud məddahlıqda Kərbəlanın böyük hadisəsi haqqında məzhəb tarixinin və hadisələrinin təhrifi müqabilində olan vəzifələri nədir?

Cavab: Din böyüklərinin və ruhanilərin vəzifələri odur ki, hər növ təhrif və bidətlərin müqabilində mübarizə aparsın. İslamda alim və böyüklərin boynunda olan vəzifələrdən biri odur ki, cəmiyyətdə bidətlərin yayıldığını görəndə öz elmindən istifadə edərək onun müqabilində mübarizə aparmalıdır. Belə olan halda alimlər yol göstərməli, camaata təbliğ etməli və onları agah etməlidir. Xoşbəxtçilikdən Aşura hadisəsi ilə bağlı olan təhriflər ilə əlaqədar şəhid Mütəhhəri kimi böyüklər xəbərdarlıq etmiş və bizim dövrümüzdə bəzi ifadələr haqqında Ayətullahul-Üzma Fazil Lənkərani və s. kimi böyük mərcəyi təqlidlərdən hamısı sual soruşduqda möhkəm cavablarla elə təzəkkür veriblər və bəyan ediblər ki, o ifadələrdən bəziləri şirkin aydın təsdiqidir. Hətta müəzzəmin ləhdən soruşulan sualların birində deyilir ki, - bəziləri deyir Aşura hadisəsinə fiqhi daxil etməməli və Aşura hadisəsi fiqhin əhatəsindən xaricdir – sualına belə cavab verir: dünyada olan bütün işlər fiqhin əhatəsindədir. Necə olur ki, deyirik imam Hüseyn (ə) firuiddinin əsaslarında ikisini təşkil edən əmr be məruf və nəhy əz münkəri yaşatmaq üçün qiyam etdi amma bu tərəfdən deyək Aşura hadisəsi fiqhi hökmlərə aidiyyəti yoxdur. Necə demək olar bu hadisə fiqhdən ayrıdır hal bu ki, onun əsası zülm və fəsad ilə mübarizə olubdur ki, bu da fiqhin qəti məsələlərindən biridir. İmam Hüseyn (ə) buyurmadımı: - إنما خرجت لطلب الاصلاح فی أمة جدی» həqiqətən mənim qiyamım cəddimin ümmətini islah etmək üçündür .«Görəsən islah etmək, Peyğəmbərin (s) göstərişinə əməl etməkdən, onun buyurduğu halal və haramdan başqa bir şey idimi?

Ayətullah Fazil Lənkərani