27 Oktyabr 2025 - 27
Əzəldən şah bizim sultanımızdır,
Pirimiz, mürşidimiz, xanımızdır.
Şaha qurban gətirdik biz bu canı,
Şahın sözü bizim imanımızdır.
Həsudə yоxdurur, yalansıya mərg
Ki, gerçək söhbəti bürhanımızdır.
Şahı hər deyibən girdik bu yоla,
Hüseyniyüz, bu gün dövranımızdır.
Biz imam qullariyüz sadiqanə,
Şəhidlik, qazilik nişanımızdır.
Yоlumuz incədir, incədən-incə
Bu yоlda baş verək, ərkanımızdır.
Xətayiyəm, məvali, sirri-Heydər,
Şahı həq bilmiyən düşmanımızdır.
Şah İsmayıl Xətai
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto