23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Məsumlar haqda əsassız rəvayətlər danışan ruhanilərə qarşı vəzifə nədir?
02.04.2018

Məsumun (ə) şənindən uzaq olan şeylərin, təhriflərin deyilməsi qarşılığında camaatın vəzifəsi nədir?

Cavab: Əziz camaat diqqət etməlidir ki, doğruları çatdıran vaizlərdən, yəni din haqqında kamil və dəqiq xəbəri olan şəxslərdən istifadə etsinlər. Həmçinin düzgün müsibətlər və dəqiq şeir deyənlərdən istifadə etsinlər. Necə ki, camaat kiçik bir xəstəlikdən ötrü mütəxəssis həkim haqqında axtarış edir, gərək ruhi qida üçün, nəfsin təmizlənməsi üçün, ruhu və fikri təkamül üçün də düzgünlüyünə əmin olduqları şəxslərdən istifadə etsinlər. Biz əziz camaata bunları tövsiyə edirik. Necə ki, öncəkilər vaiz və məddahların sənədlə danışdığı sözü qəbul etməyə məhkum idi, indi də sənədlə danışan vaizlər tələb edilməlidir. Bacarıqlı vaizi bacarıqsız vaizdən ayırmağın düzgün yolu elə bu işdir. Yəni sözünü sənədlə danışan şəxslər olmalıdır. Belə bir şəxs etibarlı və bacarıqlı vaizdir.

Ayətullah Fazil Lənkərani