22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Hürrün İbn Ziyada məktubu
09.04.2018

Hürr İbn Ziyada yazdı ki, mən Hüseynlə görüşdüm, o Kufəyə gəlməklə razılaşmadı. Mən onu Mədinəyə getməyə qoymadım. Üçüncü yol seçildi. Hazırda İraq mərkəzinə doğru hərəkətdəyik. Növbəti göstəriş nədir?"

İmam Hüseyn və Hürr hələ ki, Qadisiyyəyə doğru hərəkətdə idilər. Onlar Bəni-Məqatil qəsrinin, böyük və kiçik əkin sahələrinin yanından ötüb keçirdilər. Bu yolda da İmam Hüseynə qoşulanlar vardı. Bəzilərini isə imam dəvət etdi, amma onlar qəbul etmədilər.

Kərbəla hadisəsi əslində ilahi bir sirr idi. Siffeyndə həzrət Əli (ə) tərəfindən Müaviyə ilə vuruşanların bir hissəsi Kərbəlada Ömər Səd tərəfindən həzrət Hüseynlə vuruşurdu. Əksinə, Siffeyndə Müaviyə tərəfində olanların bir hissəsi Kərbəlada şəhadətə çatdılar! Bu çox maraqlı bir sirdir. Tövbə bir həqiqətdir. Amma insan bu sayaq inkişafa necə çata bilər!

Səd ibn Əbu Vəqqasın bədbəxt oğlu Ömər Səd xilafətə namizədlərdən biri idi. Onun əhli-beytlə düşmənçiliyi yox idi. İmam Həsən (ə) və İmam Hüseynlə (ə) dostluq edirdi. Adətən, Məkkədə olduqda onlarla görüşür, yoldaşlıq edirdi! İlk öncə imamın qiyamını yatırmağa razılaşmayan ibn Səd Rey mülkü, pul və dünya malı müqabilində zülm cəbhəsinə qoşuldu.

Əliəsğər Səffar Hərəndi