21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) peyğəmbərin missiyasını davam etdirdi
11.04.2018

İmam Hüseyn (ə) öz qiyamı ilə İslama və müsəlmanlara yeni həyat bəxş etdi. İmam Hüseyn öz qiyamı ilə dinin dirçəlişinə səbəb oldu və dinin aradan getməsinin qarşısını aldı. Mirzə Ələkbər Sabir öz dövrünün müsəlmanlarına, xüsusilə aparıcı şəxslərə ünvanladığı tənqidi şeirlərindən birində belə deyir:

İmanımızı etməliyik böyləmi ifa
İslamımızı qılmalıyıq böyləmi ehya
İslam o deyilmi ki, ciyər-guşeyi Zəhra
Can verdi yolunda susuz alqan arasında.

Yəni bu şeirdən də görsənir ki, islam İmam Hüseynin vasitəsi ilə ehya oldu. Mirzə Ələkbər Sabirin sözü budur ki, biz necə ehya edirik? İmam Hüseyn canı ilə, malı ilə, qanı ilə hər şeyindən keçdi ki, islam dirçəlsin. Amma biz öz islamımız, imanımız üçün nə edirik, məsuliyyətimizi necə yerinə yetiririk?
İmam Hüseyn (ə) təqribən Peyğəmbərin (s) gördüyü işi gördü. Peyğəmbərin missiyasına oxşar bir missiyanı həyata keçirdi. Məsələn biz Qurani-Kərimə müraciət edəndə bir çox ayələrdə və ayələrin birində, peyğəmbərin keçmiş səmavi kitablarda olan vəsfini görürük. Quran buyurur ki, peyğəmbərin xüsusiyyətlərindən biri bu idi: "ümmətin, insanların, bəşəriyyətin üzərindən ağır yükləri götürəcək və qollarına bağlanmış zəncirlərdən onları azad edəcək. Bunun mənası həm maddi, həm də mənəvi baxımdandır. Yəni o insanlar ki, bəzilərinin zülmünə məruz qalırlar və doğrudan da maddi baxımdan qolu boynu zəncirlənmiş hesab olunurlar. Digər tərəfdən də dünyaya bağlılıq, dünyanın şəhvətinə əsir olmaq ki, bu da özü insanın boynunda bir zəncirdir. Peyğəmbərin missiyası budur ki, insanları həm maddi, həm də azadlığa çıxartsın. Bunlar peyğəmbərin özündən əvvəlki kitablarda olan vəsfləridir. Biz İmam Hüseynin (ə) gördüyü işə müraciət edəndə görürük ki, eynilə peyğəmbərin görüyü işi görür.

İlqar Əliyev