22 Noyabr 2024 - 22
Qabriel Angri:
"Kərbəla hadisəsi Hüseyn (ə) və Əli (ə) tərəfdarlarını qorxutmadı, əksinə şiələrə şücaət verdi və onları intiqam almağa sövq etdi".
Mahatma Qandi:
"Mən böyük İslam şəhidi İmam Hüseynin (ə) həyatını diqqətlə oxumuş və Kərbəla səhifələrinə lazımi diqqəti ayırmışam. Mənə aydındır ki, Hindistan qalib bir dövlət olmaq istəsə, İmam Hüseyndən (ə) örnək almalıdır".
Məhəmməd Əli Cinnah:
"Dünyada İmam Hüseynin (ə) fədakarlıq və igidlik baxımından nümayiş etdirdiyindən daha yaxşı şücaət nümunəsi tapmaq olmaz. Fikrimcə, bütün müsəlmanlar özünü İraq torpağında fəda edən bu şəhidi örnək almalıdır".
Pr. Eduard Braun:
"Elə bir azlıq tapıla bilərmi ki, Kərbəla haqqında danışanda kədərlənməsin, hüznlənməsin? Hətta qeyri-müsəlmanlar da bu İslam müharibəsinin bayrağı altında baş verən ruhun paklığını inkar edə bilməzlər."
Frederik Ceyms:
İmam Hüseynin (ə) və başqa hər bir qəhrəman şəhidin dərsi odur ki, dünyada dəyişməyən əbədi mərhəmət, ədalət və sevgi prinsipləri var. Bu, həmçinin göstərir ki, kim bu əbədi özəlliklər üçün mübarizə aparsa, insan onun yolunda müqavimət göstərsə, o prinsiplər dünyada həmişəlik qalacaqdır."
L. M. Boyd:
"Əsrlər boyu insan fərdləri daim cəsarəti, ürəkliliyi, ruh əzəmətini, qəlbin böyüklüyünü və qorxmazlığı sevmişlər. Məhz belələrində azadlıq və ədalət əsla zülm və fəsad gücünə təslim olmur. İmam Hüseynin (ə) qorxmazlığı, şücaəti bu idi. Mən sevinirəm ki, bu böyük fədakarlığı can-dildən mədh edənlərin səsinə səs vermişəm. Baxmayaraq ki, onun tarixindən 1400 il keçmişdir".
Tomas Masarik:
"Əksər tarixçilərimiz bu ənənənin kəmiyyət və keyfiyyətinə, əzadarlığın artmasına vaqif olmamış, cahilcə danışmış və İmam Hüseyn (ə) ardıcıllarının əzadarlığını dəlilik sanmışlar. Onlar əsla anlamamışlar ki, bu məsələ İslamda necə dəyişiklik yaratmışdır. Bu ümmət arasında əzadarlıqdan meydana gələn dini hərəkat başqa heç bir xalqda yoxdur. Hindistanda əzadarlığı öz şüarına çevirən həzrət Əli (ə) ardıcıllarının iki yüz illik tərəqqisini incələsək, bunu təsdiq edərik.
İki yüz il öncə bütün Hindistanda Əli (ə) və İmam Hüseyn (ə) ardıcılları azlıq təşkil edirdi. Başqa ölkələrdə də bənzər vəziyyətdə idilər. Bu gün mütərəqqi və zəngin xristian ölkələrində belə matəm və əzadarlıq keçirmək istəsələr, milyonlarla dollar bahasına da belə əzadarlıq cəmiyyətləri və məclisləri təsis etməyə müvəffəq ola bilməzlər. Hərçənd, bizim keşişlərimiz də həzrət İsanın (ə) müsibətlərini zikr edərək insanları təsirləndirirlər. Amma İmam Hüseynin (ə) tərəfdarlarında olan şövq və həyəcan həzrət İsanın (ə) tərəfdarlarında yoxdur".