02 Noyabr 2025 - 2
Əlbəttə ki, İmam Hüseyn (ə) yolunda ehsan etmək çox dəyərlidir. Amma peyğəmbər əhli-beyti aşura gününün müsibət, qəm, göz yaşı və müsibət zikri günü olmasını istəmişdir. Həmin gün Kərbəla vaqiəsi haqqında danışmaq və qəmgin olmaq, qarın haqqında düşünməmək tövsiyə olunmuşdur. Günorta vaxtı müsibət çəkmişlərin qidası olan bir tikə çörək və qatıq və ya bir tikə çörək və pendir yemək daha yaxşıdır. Adətən, müsibət görmüş insanın iştahı vurulur. Çox görmüşük ki, müsibət çəkmiş ailələr yeməkdən imtina edir. Aşura günü təam vermək yaxşıdır. İmam Hüseynin (ə) əzası günlərində təam vermək şiələrin iftixarlı işlərindəndir. Amma bu iş səmimi qəlblə, xalis niyyətlə yerinə yetirilməlidir. Bu işdə riya və özününümayişə yol vermək olmaz.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto