21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

"Hər gün Aşura, hər yer Kərbəla" şüarı rəvayət və ya hədisdirmi?
21.04.2018

"Hər gün Aşura, hər yer Kərbəla" şüarı rəvayət və ya hədisdirmi?

Sual:
Sosial şəbəkədə axtarış edərkən, bu cümlənin İmam Sadiqə (ə) istinad edildiyini müşahidə olunur. Xahiş edirəm bu barədə ətraflı məlumat verəsiniz. Sözügedən şüar hədisdirmi?

Cavab:
Hədis kitablarında bu cümlənin (Hər gün Aşura, hər yer Kərbəla) məsumlardan nəql olunan hədis olmasını isbatlayan heç bir sənəd yoxdur. Amma sözügedən ibarə Kərbəla hadisəsindən düzgün götürülmüş, imamət xəttini göstərən və bir neçə ibrətli mesajı əhatə edən ibarədir. Heç bir gün Aşura günü kimi olmayıb və olmayacaq, amma zalımların məzlumlara zülmü İmam Zaman (ə) zühur edəcəyi və zülmün kökünü kəsəcəyi günə qədər daim vardır. Lakin Aşura mədəniyyəti hər zaman diridir. Kərbəla isə hədəf uğrunda istiqamət, zülmə və ədalətsizliyə qarşı mübarizə göstəricisidir. Dini liderlərimiz zalımların zülmü ilə mübarizə etməyi bizə öyrətmiş, habelə özləri də buna əməl etmişlər. Həmçinin, Aşura müəyyən zaman və məkan çərçivəsində məhdudlaşmış bir hadisə deyildir.